Universitetlərdə qış tətilinin müddəti uzadılsın - Təklif
“Koronavirusun "Omikron" ştamının epidemiyası ölkəmizdə bir aydan artıqdır ki, davam edir və yoluxma pik həddinə çatmaqdadır. Omikron ştamı yüngül klinik əlamətlərlə, az ağırlaşma ilə müşahidə olunsa da, yüksək yoluxuculuq xassəsi ilə fərqlənir, remissiya dövrü qısadır, az vaxtda çoxlu sayda insanların yoluxmasına səbəb olduğundan iş və tədris rejiminin pozulmasına səbəb olur”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Onun sözlərinə görə, buna görə də Omikron infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir:
“Azərbaycanda belə lokal qapanmaları ayrı- ayrı orta məktəblərdə, siniflərdə və uşaq bağçalarında görürük. Ali məktəblərdə qış tətili fevralın 15-də bitir. Yeni təhsil sessiyasının başlanması Omikron ştamı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi yox deyil. Bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir”.
M. Quliyev təklif edib ki, ali təhsil müəssisələrində qış tətilinin müddəti 7-10 gün uzadılsın, yaxud yaz sessiyasının dərsləri fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin:
“Lazımi lokal qapanma, vaksinasiya və qorunma tədbirlərini həyata keçirməklə yaxın 10- 15 gündə Omikronun yoluxma intensivliyinin enişini müşahidə edə biləcəyik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-02-2022, 12:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər