reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xoşqədəmin verilişində etiraf etmişdi - Cinayəti o törətməyibmiş

reklam

Xoşqədəmin verilişində etiraf etmişdi - Cinayəti o törətməyibmiş

















Ağcabədidə qadının qohumu tərəfindən öldürüldüyü məlum olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın 2020-ci ilin fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölüb vəziyyətdə aşkar olunması faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib.

İstintaqla Yevlax rayonunun Bəydilli kənd sakini, 1992-ci il təvəllüdlü Cəfərov Seymur Elxan oğlunun 22.02.2020-ci il tarixdə saat 01 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qaynanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum etməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Cəfərov 08.02.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Paylaş:


Müəllif : Tarix:
10-02-2022, 14:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər