reklam
Regionxeberlericom.az » Cəmiyyət » Daha bir deputat jurnalisti təhqir etdi - FOTO

reklam

Daha bir deputat jurnalisti təhqir etdi - FOTO


Daha bir deputat jurnalisti təhqir edib.

Millət vəkili Etibar Əliyev şəxsi Feysbuk hesabında Xural TV-nin rəhbəri Əvəz Zeynallı barəsində təhqiredici ifadələr yazıb: “Hörmətli psixoterspevtlər!
Sizdən xahiş edirəm ki, Xural TV-nin rəhbəri Əvəz Zeynallının psixoloji durumunu dəyərləndirəsiniz. Bu adam efirdən bağırır, özünün mənəviyyatsızlığını dəyərləndirmədən insanlara əxlaq dərsi keçməyə çalışır, qeyri-adi jestər edir. Deputatları və dövlət adamlarını halüsinasiya vəziyyətində aşığılayır. Psixologiyanın Bihoverizm sahəsi bunun psixi xəstə olduğunu təsdiqləyə bilər. Bu cür adamın efirə özünü dürtməsi yolverilməzdir”.

Başqa bir statusunda isə “Xural”ı tövlə adlandırıb: “Boyuna xam ip tutum, ay Ramiz Mehdiyev! Xural. tv deyilən bir tövlədə dana kimi böyürən Əvəz Zeynallıya istinad edirsən...Get intihar elə...”

 E.Əliyevin bu dediklərinə qarşı tərəfin cavabı gecikməyib. Əvəz Zeynallı Reaksiya TV-nin efirində onu alkaş adlandırıb və Milli Məclisdə belə adamların olmasından təəssüfləndiyini deyib: “Xural TV milyonların ailəsidir. Bu ailəyə tövlə demək üçün gərək, tövlədə böyüyəsən”.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Milli Məclisin deputatı Cavanşir Feyziyev də jurnalistləri təhqir edib və bu, böyük skandala səbəb olub. Təhqir olunan 18 jurnalist məsələylə bağlı Milli Məclisin sədrinə müraciət ediblər.





Paylaş:


Müəllif : Tarix:
10-02-2022, 23:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər