“RAMİZ MEHDİYEV ELMDƏ TƏSADÜFİ ADAMDIR...” – “O, ümumiyyətlə bilikli, bacarıqlı, istedadlı insanları sevmir, yaltaqlalara üstünlük verir”
Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Prezidenti Ramiz Medhiyevin istefası tələbləri getdikcə güclənir. Lakin ölkənin elm nümayəndələrinin, AMEA-nın müxtəlif institutlarının rəhbərlərinin, alimlərin, ictimai xadimlərin, siyasətçilərin tələbləri hələlik Mehdiyev tərəfindən qulaqardına vurulur.
“AzPolitika.info” bu mövzuyla bağlı Ramiz Mehdiyevi gənclik illərindən tanıyan, SSRİ dövründə Mərkəzi Komitədə müxtəlif vəzifələrdə işləmiş Rasim Ağayevlə söhbətləşib:
- Rasim müəllim, son günlər Ramiz Mehdiyevi istefaya səsləyən çağırışlar, tələblər artıb. Lakin o, bu tələblərə reaksiya vermir. Mehdiyevi gənclik illərindən tanıyan biri kimi onun bu dirənişini nə ilə izah edə bilərsiniz?
- Ramiz Mehdiyevi tələbəlik illərindən tanıyıram. Biz paralel oxuyurduq, səhv etmirəmsə Ramiz Tarix Fakultəsində qrupun “starostası” idi. O zaman universitetin Tarix, Filologiya və Hüquq fakultələrində çox istedadlı tələbələr var idi. Orada azərbaycanlılarla yanaşı yəhudilər, ruslar oxuyurdu, bir-iki nəfər də erməni vardı. Əlbəttə, ciddi müzakirələr aparılırdı, tələbələr arasında sözünü deyən, müzakirə aparan, ədalətli mövqedən çıxış edən uşaqları sevirdilər. O zaman Ramiz Mehdiyevin tələbələr arasında hörməti yox idi, amma o, “yuxarılar” tərəfindən ola bilsin ki, dəstəklənirdi. Ramiz açıq söz deyən, mübahisə edən, öz fikrini müdafiə edənlər sırasında olmurdu.
Sonradan mən onu Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsində görmüşdüm. Amma orada da siz deyən gözə görünmürdü. Sonra onu ideoloji şöbədə köməkçi təyin etdilər. O zaman mən Moskvaya oxumağa getdim, İctimai Elmlər Akademiyasında aspiranturanı oxudum. Ramiz Mehdiyev Moskvaya bir aylıq kursa gəlmişdi, ancaq Moskvanın atmosferini əxz edə bilmirdi. Orada müxtəlif respublikalardan insanlar vardı. Ramiz öyrəşmişdi ki, hamı ona yaxınlaşsın, salam versin, yaltaqlansın. Moskvada isə o dövrdə belə ənənə yox idi. Qısası, Moskva auditoriyası sərbəst fikirli adamları sevirdi. Bu səbəbdən də Ramiz Moskvada bir o qədər gözə girə bilmədi...
- Bu halda niyə Mehdiyev öz yaşıdları arasında ən çox vəzifədə qalmağı bacaran şəxs oldu?
- Baxın, məni Moskvada saxlamaq istəyirdilər. Mən də gəldim ideoloji şöbənin müdiri Danil Quliyevin yanına və dedim ki, belə bir təklif almışam. Rəhmətlik Quliyev dedi ki, yaxşı təklifdir, sənədləri həll edərik. Bu arada katibə dedi ki, çağırdığınız Ramiz Mehdiyev gəlib. Quliyev də mənə dedi ki, gəl əyləş, amma Ramizin yanında bu barədə heç nə demə. Mən anladım ki, Ramiz burada kiminsə “gözü-qulağı”dır. Ondan çəkinirdilər. Mən Moskvaya gedib gəldikdən sonra isə qəribə hadisə baş verdi. Məni Mərkəzi Komitədə sektor müdiri təyin etmək istəyirdilər. Sənədlərim də hazırlanmışdı. Mərkəzi Komitəyə gələndə Ramiz Mehdiyev bildirdi ki, səninlə bağlı problem yaranıb, qardaşının məsələsi var. Mən də bildirdim ki, qardaşım Mingəçeviri quranlardan biridir, burada olmasa, gedib Moskvada, Kiyevdə və ya Tiflisdə işləyəcək. Ramiz də qayıtdı ki, qaradışını buradan elə-belə buraxmayacağıq. Bir sözlə, onunla sözümüz alınmadı. Çıxdım getdim Moskvaya. Ramiz də Moskvaya yazmışdı ki, guya mən işləyirəm. Moskvadan bura zəng edəndə də Ramiz məsələni uzadırdı ki, baxacağıq, yoluna qoyacağıq və s.
Bildirdim ki, xaricə işə dəvət ediblər, çıxım gedim, sizə də problem olmasın. Qayıtdı ki, yox, heç yerə getmə, yay çıxsın sentyabrda məsələn həll ediləcək. Mən də sentyabrın sonunda gəldim. Mənə dedi ki, get əvvəlki yerində işlə. Moskvadan da mənə dedilər ki, Mərkəzi Komitə ilə üz-üzə gələ bilmərik, get işlə, sonra gələrsən bura. Belə də oldu. Bir az işlədim və gördüm ki, Mərkəzi Komitədə iki qrup bir-birilə mübarizə aparır. Çıxıb getdim xaricə. Ramizi də o dövrdə “26 Bakı komissarları” rayonuna birinci katib göndərdilər.
Bakıdan gedəndə yazmışdım ki, Suriyaya gedirəm. Təsəvvür edin ki, buradan Suriyaya zəng edirdilər. Suriyada Özbəkistanın keçmiş birinci katibi Mühitdinov səfir idi. Kimsə ona zəng etmişdi ki, bizi niyə aldadırsınız, Rasim orada işləyir və s. Sonradan ortaya çıxdı ki, bu şəxs Ramiz Mehdiyev olub. Mən geri qayıdanda artıq Mərkəzi Komitədə təbliğat şöbəsinə İldırımzadə rəhbərlik edirdi. Mənə dedi ki, Ramizin adını çəkmə. Az sonra məni Mərkəzi Komitədə həm sektor müdiri, həm də İldırımzadənin köməkçisi təyin etdilər. Artıq bu dövrdə Ramizin kitabı bağlanmışdı və AMEA-ya getmişdi.
- 1994-cü ildə həbs ediləndə Ramiz Mehdiyevin sizə köməkliyi dəydimi?
- Elə həbsimdə Mehdiyevin rolu olmuşdu. Çünki bütün məsələlər Prezident Aparatında həll olunurdu. Ramiz də orada idi və ən azından məni müdafiə etmədi. Bəlkə də həbsimə ən çox sevinən şəxslərdən biri o idi.
- Niyə?
- Ramizdə bir xasiyyət var. O, ümumiyyətlə bilikli, bacarıqlı, istedadlı insanları sevmir. Daha çox ona tabe olan, yaltaqlanan şəxslərə üstünlük verir. 1996-cı ildə həbsdən azad edildim. AMEA-da da doktorluq dissertasiyasını müdafiə edə bilmədim.
- İndi AMEA-nın alimləri, ictimaiyyət nümayəndələri tələb edirlər ki, Ramiz Mehdiyev istefaya getməlidir, çünki akademiyanı inkişaf etdirmək əvəzinə keçmişə aparır...
- Sadəcə olaraq, Ramiz Mehdiyev yerində deyil. AMEA onun yeri deyil. Mehdiyev klassik sovet partokratıdır. Akademiyada alimlərin, akademiklərin, böyük elmi işçilərin yanında Ramiz nə edə bilər? Heç nə. 40 il əvvəl Mehdiyev AMEA-da olanda heç ağzını açıb danışmırdı. O, AMEA-da nə gəzir, blmirəm...
SSRİ zamanı olsaydı, bəlkə də Ramizin orada olmasında məntiq tapmaq olardı. Çünki Ramiz köhnə dövrün adamıdır. İndi akademiyaya sərbəst fikirli, bilikli, özünü elmə həsr edən insanlar lazımdır. Tam səmimi deyirəm, inanın ki, Ramiz Mehdiyev elmdə təsadüfi adamdır. Bu qədər sadə. Elmdə təsadüfi adam necə AMEA Pezidenti ola bilər?
- Belə fikirlər var ki, Mehdiyev Moskvaya bağlıdır, onun Rusiya ilə sıx əlaqələri var, oradan dəstəklənir və s. Bu deyilənlərə münasibətiniz necədir?
- Mehdiyev Mərkəzi Komitədə və digər müxtəlif vəzifələrdə uzun müddət işləyib. Moskvada oxuyub. İndi deyə bilmərəm, amma zamanında partiya işçisi kimi Moskva ilə münasibətləri yaxşı olub. Mən rus ziyalıları arasında Ramiz Mehdiyevi tanıyan birini görməmişəm. Ramiz bilavasitə partnomenklaturanın tipik nümayəndəsidir. Onlar da vəzifədən çıxana qədər lazım olurlar, sonra unudulurlar...
Paylaş:
Müəllif : Fuad
Tarix:11-02-2022, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər