reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mehdiyev institut direktorlarını rüşvətlə təyin edir? - Professordan ilginc iddia

reklam

Mehdiyev institut direktorlarını rüşvətlə təyin edir? - Professordan ilginc iddia













Tarix elmləri doktoru, professor, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Nəcəf Müseyibli akademik Ramiz Mehdiyevin adından yayılan bəyanata cavab verib.

Pprofessorun “Yeni Musavat”da dərc olunan yazısında maraqlı bir məqam var. N.Müseyibli yazısında Ramiz Mehdiyevi açıq şəkildə ondan rüşvət istəməkdə günahlandırıb: “Ümumiyyətlə, R.Mehdiyevin böhtanla dolu bəyanatını geniş şərh etmək fikrim yoxdur. Amma ona bildirmək istəyirəm ki, məni baş direktor təyin etmək məqsədi ilə məndən rüşvət almaq üçün üstümə göndərdiyi adamın adını hələlik çəkmirəm. Sadəcə başqalarının da onun ucbatından ziyan çəkməsini istəmirəm...”

Belə görünür ki, N.Müseyiblinin iddiasına görə, R.Mehdiyev onun çalışdığı instituta direktor seçilməsi üçün rüşvət tələb edib və bu ismarıcını adı çəkilməyən şəxs tərəfindən ona göndərib. Ancaq belə başa düşülür ki, Müseyibli Mehdiyevin emissarının təklifini qəbul etməyib...

Xatırladaq ki, AMEA-nın institutlarına direktorluğa namizədlər həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür. Sonra səsvermənin nəticələri elmi bölməyə daxil olur. Bölməyə təqdim olunan sənədlərin baxılması üçün texniki ekspertiza komissiyası yaradılır. Burada gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən namizədlər AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunur.

N.Müseyiblinin dediklərindən belə çıxır ki, R.Mehdiyev AMEA-nın başına keçəndən sonra da seçki saxtalaşdırmaq adətindən əl çəkməyib və rüşvət müqabilində institut direktoru seçkisinə müdaxilə edib.




Paylaş:


Müəllif : Tarix:
11-02-2022, 19:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər