reklam
Regionxeberlericom.az » Cəmiyyət » İlqar Məmmədovun İmişli səfəri deputatı niyə əsəbiləşdirdi? - “Həmin adamlar həbs olunmalıdır”

reklam

İlqar Məmmədovun İmişli səfəri deputatı niyə əsəbiləşdirdi? - “Həmin adamlar həbs olunmalıdır”












REAL Partiyasının sədri İlqar Məmmədov “Facebook” hesabında yazıb ki, İmişlidə qadın haqları pozulur. Kənd qızlarını 14 yaşından kütləvi şəkildə ərə verirlər və heç kim məsuliyyət daşmır.

Mövzu ilə bağlı İmişli rayonu üzrə millət vəkili, Milli Cəbhə Partiyasının lideri Razi Nurullayevə zəng vurduq. Suallarımıza cavabının əvvəlində deputat bildirib ki, adını çəkdiyiniz şəxs (İ.Məmmədov) Amerika kəşf eləməyib:

“Təəssüflər olsun ki, bu gün Azərbaycanın siyasi partiyaları Bakıdan kənara çıxmır, kabinetlərində oturublar və oxuduqlarına dair bəyanat verirlər. Mən isə gözümü açandan bu xalqın içində olmuşam”. RegionXəbərləri.com-un məlumatına görə, Bizim.Media olaraq deputatın son fikrinə əlavə etdik ki, İlqar Məmmədovun da dünənki paylaşımında İmişli sakinləri ilə görüşdüyü əks olunub.

- Bəs İlqar Məmmədov niyə məhz İmişliyə yollanıb?

“Çünki İmişlidə parlamentə bir deputat yeri boşdur. Bakıdakı bəzi yerlər də boşdur deyə həmin ərazilərə gedir ki, indidən seçki təbliğatı aparsın”.

O ki qaldı əsas məsələ, yəni İmişlidə qadın haqlarının pozulması, 14 yaşlı qızların ailə qurmağa məcbur edilməsinə Razi Nurullayev qeyd edib ki, Azərbaycanın cənub və aran bölgələrində bu problem kəskin dayanıb. Problemin – yetkinlik yaşına çatmayan qızların ərə verilməsinin çox hissəsi cənub bölgəsinin payına düşür.

Millət vəkili problemin daha geniş yayıldığı ikinci zona kimi Aran İqtisadi Rayonunu göstərib:

“Bu problemlə bağlı dövlət qurumları, hüquq-mühafizə orqanları məşğul olurlar. Həbslər həyata keçirilir, valideynlər arasında təbliğat aparılır. Problemlə bağlı mən özüm dəfələrlə çıxış etmişəm. Məsələnin həllini qabartdığım videolara yüzminlərlə insan baxıb. Bu gün də deyirəm ki, kimsə 14-15 yaşında qızını ərə verirsə, həmin adamlar mütləq şəkildə həbs olunmalıdır. Qanunvericiliyə bununla bağlı lazımi dəyişikliklər etməyə hazırıq”.

Deputatın fikrincə, yetkinlik yaşına çatmayan qızını ailə qurmağa məcbur edən valideynlərin atalıq, analıq hüququ əlindən alınmalıdır. “Təssüflər olsun ki, problemin qarşısını almaq olmur”,

- Sözləri ilə fikrini davam etdirən millət vəkili mövcud vəziyyəti biabırçılıq adlandırıb:

“Bu, cəmiyyəti parçalamaqdır. Bir uşağı bədbəxt eləməkdir. Ona görə də həmin ata-ana elə bir məsuliyyət daşıyır ki, nəinki Allah yanında altından çıxa bilməzlər, qanun qarşısında da bütün cavadehliyi daşımalıdırlar”, - deyə Razi Nurullayev cavabını tamamlayıb.





Paylaş:


Müəllif : Tarix:
14-02-2022, 13:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər