reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qadınları intihara sövq edən nədir: - Şantaj, yoxsa valideyn ilgisizliyi?

reklam

Qadınları intihara sövq edən nədir: - Şantaj, yoxsa valideyn ilgisizliyi?


Sosial şəbəkələrdə qadınların şantaj olunması xəbərlərilə tez-tez rastlaşırıq.

Hətta intihar edən qadınların intihar səbəbi araşdırılarkən bəzən bunun arxasında şantajın dayandığı da məlum olub.“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Cebhe.info-ya bildirib ki, belə hallarla onlara müraciət edən qadınlar həmişə var:

"Belə hallar çox olur. Burada həm şantaj, həm təzyiq elementləri var. Evli qadınlar əsasən boşanandan sonra bu cür hallara məruz qalırlar. Müxtəlif şantaj halları var. Məsələn, ər qadının nömrəsinə başqa adlarla nələrsə yazır, onu şantaj edir.

Subay qızlar isə oğlanlara yox dedikləri üçün, yaxud münasibətləri bitdiyi üçün şantaj olunurlar. Məsələn, srağagün bir qız müraciət edib, qonşu olublar oğlanla, ailəvi gediş-gəlişləri var. Qız oğlanın evlənmək istəyinə yox dediyi üçün oğlan qızı şantaj edir. Qızları əsasən sevgili müddətdə birgə çəkdirdikləri fotolarla, qızın oğlana göndərdiyi öz şəkli ilə şantaj edirlər. Atana, qardaşına göstərəcəm deyə şantajla bağlı bizə müraciət edən qadınlara ailə üzvlərinizə bildirmələrini məsləhət görürəm. Belə olduqda məsələ daha tez öz həllini tapır".

Birliyin sədri qadınların daha çox intim mövzuda şantaj olunduqlarını qeyd edib:

"Cinayət törətdiyinə, rüşvət aldığına görə şantaj hallarına, demək olar ki, rast gəlinmir. Qadınları intim mövzuda şantaj edirlər. Hüquq-mühafizə orqanlarına müraciət edənlər də olub. Amma çoxu buna susur. Bunun da səbəbi odur ki, görüntülərlə bağlı özlərinin ittiham olunacaqlarından narahat olurlar".




Paylaş:


Müəllif : Tarix:
14-02-2022, 18:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər