reklam
Regionxeberlericom.az » Cəmiyyət » Həbsxana rəhbərliyi Saakaşvili ilə bağlı qərar qəbul etdi

reklam

Həbsxana rəhbərliyi Saakaşvili ilə bağlı qərar qəbul etdi












Rustavi həbsxanasının rəhbərliyi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ailə üzvlərinə ayda bir dəfədən artıq onunla görüşməyi qadağan edib.

Bu barədə “TASS”a Saakaşvilinin vəkili Beka Basilaya məlumat verib.

“Bilirsiniz ki, Saakaşvilinin telefondan istifadə etmək hüququ yoxdur. İndi məlum olub ki, ailə üzvləri onu ayda bir dəfədən çox ziyarət edə bilməyəcəklər. Əvvəllər ailəsini Saakaşvilinin ziyarətinə 3-4 dəfə buraxırdılar”, - deyə vəkil bildirib.

Qeyd edilib ki, vəkillər həbsxana rəhbərliyinin ziyarətləri məhdudlaşdırmaq qərarına etiraz etmək üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcəklər.

 




Paylaş:


Müəllif : Tarix:
14-02-2022, 23:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər