Moskvada çeçen qadına hücum etmiş deputat ünvanını dəyişib - Təhdidlərin qorxusundan
Moskvanın Meşşansk rayon deputatlar Şurasının başçısı («Vahid Rusiya») Aleksandr Zakuskin təhdidlərin təsiri altında yaşayış yerini dəyişmək zorunda qalıb.
Təhdidlər onun ünvanına sosial şəbəkələrdən daxil olub. Buna səbəb onun məscid yaxınlığında çeçen qadına hücum etməsi olub. Bu barədə “Znak.com”xəbər verib.
Xəbər verildiyi kimi, 68 yaşlı qadın məscid yaxınlığında kolbasa satırmış. Onun sözlərinə görə, Zakuskin onu qeyri-qanuni alverə görə cəzalandırmağa cəhd göstərib. Qutuları ayaqları ilə dağıdıb, deportasiya ilə hədələyib.
Qadın pasportunu göstəmək istədikdə isə onun sifətinə istiot qazı fısqırdıb. Qadın gözlərindən ikinci dərəcəli yanıq zədəsi alıb.
Rezonansdan sonra Dövlət Dumasının deputatı Adam Delimxanov Zakuskinə zəng vurub və onu «mənfi adam» adlandırıb. Çeçenistanın ombudsmanı Mansur Soltayev bəyan edib ki, Baş Prokurorluğa müraciət edəcək və onun barəsində cinayət işinin başlanmasını tələb edəcək.
Delimxanovun zəngindən sonra Zakuskin sosial şəbəkə üzərindən təhdidlər almağa başlayıb. Naməlum şəxslər yazırlar ki, onun başını kəsəcəklər. Nəticədə, deputat öz mənzilini tərk etmək qərarına gəlib.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-02-2022, 08:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər