reklam
Regionxeberlericom.az » Cəmiyyət » DİM dünən keçirilən imtahanın nəticələrini elan etdi

reklam

DİM dünən keçirilən imtahanın nəticələrini elan etdi


Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da keçirilən imtahanların nəticələrini elan edib.

regionxeberlericom.az-un APA-ya istinadən xəbərinə görə, imtahanın nəticələri saat 15:20-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

9 illik orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, Azərbaycan və ya rus dili, əlavə xarici dil imtahanı verən abituriyentlər bu linkdən, eksternat qaydasında imtahan verənlər, üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanlarında iştirak edə bilməyənlər isə buradan nəticələrini öyrənə bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 6461 abituriyentdən 1294 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.


Paylaş:


Müəllif : Tarix:
1-07-2019, 17:34
Sikayət   


loading...
Загрузка...