reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Sizi and verirəm ulu öndərin ruhuna, bu işi ədalətli araşdırın”

reklam

“Sizi and verirəm ulu öndərin ruhuna, bu işi ədalətli araşdırın”


















Təqsirsiz olduğunu, cinayət işində zərərçəkmiş kimi adı keçən adamların heç birindən pul tələb etmədiyini vurğulayan Ata Abdullayevin sözlərinə görə, ortada heç bir sübut-dəlil də yoxdur

RegionXəbərləri.com Azadlıq radiosuna istinadla xəbər verir ki, özünü videobloger kimi tanıdan Ata Abdullayev haqqında çıxarılan 7 illik həbs hökmünü ədalətsiz sayır və işinin yenidən araşdırılmasını istəyir:

“Sizi and verirəm ulu öndərin ruhuna, bu işi obyektiv, ədalətli araşdırın”. O bu istəyini fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində dilə gətirib.

Məhkəmədəki bir məqam da diqqət çəkib. Ata Abdullayev prezident İlham Əliyevlə atasının - mərhum prezident Heydər Əliyevin fotolarını öpərək ağlayıb.

Təqsirsiz olduğunu, cinayət işində zərərçəkmiş kimi adı keçən adamların heç birindən pul tələb etmədiyini vurğulayan Ata Abdullayevin sözlərinə görə, ortada heç bir sübut-dəlil də yoxdur.

O, indi Bakı İstintaq Təcridxanasında saxlanılır. Yaradılan şəraitdən razıdır və Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova, Bakı İstintaq Təcridxanasının rəhbəri Elnur İsmayılova da minnətdarlığını bildirib.

Abdullayevin vəkili Telman Talıbov birinci instansiya məhkəməsində aparılmış araşdırmalardan narazı qalıb.

Onun fikrincə, apellyasiya məhkəməsində də araşdırılası məsələlər var. Bu üzdən, vəkil apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) baxılmasından ötrü vəsatət qaldırıb. Ancaq hakimlər bu vəsatəti rədd ediblər. Qərar verilib ki, elə çıxışlarla bu instansiyada işə baxsınlar.




Paylaş:


Müəllif : Tarix:
16-02-2022, 23:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər