“Şəxslərin həbsi korrupsiyanı aradan qaldırmır, kompleks tədbirlər görülməlidir” - ÇAĞIRIŞ
Bir neçə gün öncə Dövlət Təhlükəsizlik Xidmətinin Müdafiə Nazirliyində həyata keçirdiyi həbslər, həmçinin 10 milyon manatdan yuxarı dövlət vəsaitinin mənimsənilməsinə dair faktların aşkarlanması barədə rəsmi məlumat açıqlandı. Son üç ildə analoji həbslər Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC, Xarici İşlər Nazirliyi, keçmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Yardım Dövlət Fondu, bir sıra xəstəxanalar, həmçinin 10-dan yuxarı rayon icra hakimiyyətində həyata keçirilib, milyonlarla manatlıq korrupsiya faktı aşkarlanıb.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələrindən aydın olur ki, onlarla qurumda dövlət vəsaitlərinin mənimslənilməsinə yol verilib. İl ərzində xidmət tərəfindən ümumilikdə 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 mln manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib. Nəzarət tədbirlərindən 59-u Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən, 77-si Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin qərar və məktublarına, 8-i isə vətəndaş müraciətləri üzrə mərkəzi icra hakimiyyəti orqanlarında, onların tabeli qurumlarında, dövlətə məxsus hüquqi şəxslərdə və bələdiyyə orqanlarında aparılıb.
Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında aparılan nəzarət tədbirləri nəticəsində inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılmış vəsaitin mənimsənilməsi halları müəyyən olunub. Həmçinin, adıçəkilən icra hakimiyyətləri başçılarının aparatlarına maddi təminatı zəif olan sakinlərə yardımların verilməsi məqsədilə ayrılmış vəsaitlərin, habelə müvəqqəti işə qəbul edilən işçilərə müvafiq iş və ya xidmətləri yerinə yetirmədikləri halda adlarına hesablanaraq ödənilmiş vəsaitlərin aidiyyəti rayon icra hakimiyyətinin məsul şəxsləri tərəfindən geri alındığı və bu kimi digər hallara yol verildiyi, bununla da büdcə vəsaitinin təyinatından yayındırıldığı aşkar edilib.
Xidmətin yaydığı məlumata görə, Azərbaycanın İordaniyadakı səfirliyində mövcud qaydalara zidd olaraq icarə haqqı və kommunal xidmətlər üçün vəsaitin faktiki dəyərindən artıq rəsmiləşdirilməsi və ödənilməsi, xidməti zərurət adı ilə hədiyyələrin təqdim edilməsinin müvafiq qaydada sənədləşdirilmədiyi aşkar edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, müharibə veteranlarının və şəhid ailələrinin sanator-kurort müəssisələrinə göndərilməsi üçün köçürülmüş vəsaitin bir hissəsinin həmin müəssisələrin rəhbərləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbər işçilərinə qaytarılması, sosial obyektlərin və imtiyazlı şəxslərə fərdi yaşayış evlərinin tikintisində işlərin həcmlərinin artırılması yolu ilə podratçı təşkilatlara artıq vəsaitin ödənilməsi, Nazirliyin müvafiq qurumları tərəfindən tətbiq edilən böyük məbləğdə inzibati cərimələrin ödənilməsinin təmin edilməməsi, struktur bölmələr tərəfindən təyin olunmuş pensiya, sosial təminat və təqaüd işləri üzrə pensiya, təqaüd və müavinətlərin artıq hesablanması və ödənilməsi halları aşkar olunub. Həmçinin, pensiya, müavinət və təqaüd alan şəxslərin vəfat etdiyi halda onların adlarına ödənişlərin uzun müddət davam etdirilməsi, xeyli sayda şəxsə eyni dövr üçün həm əlilliyə, həm də ailə başçısını itirməsinə görə müavinət və əmək pensiyalarının ödənilməsi, pensiya təyinatı aparılarkən iş stajının bilərəkdən artıq göstərilməsi, işsizlik müavinətlərinin hesablanması qaydalarının pozulması və müavinət təyin olunmuş həmin şəxslərin bundan xəbərsiz olmaları, çoxlu sayda vətəndaşa işsizlik müavinətinin verilməsi kimi nöqsanlar aşkar olunmaqla xeyli məbləğdə vəsaitin təyinatından yayındırıldığı müəyyən edilib.
Xidmətin məlumatından aydın olur ki, mənimsəmələr təhsil sistemində də mövcuddur. Belə ki, Təhsil Nazirliyin Kəlbəcər Rayon Təhsil Şöbəsində sinif komplektlərinin artıq saxlanıldığı, müəllimlər tərəfindən sinif jurnallarında dərslərin keçirilməsi barədə qeydlər olmadığı, habelə məktəblərdə sinif otaqlarının sayı imkan vermədiyi halda dərslərin keçirilməsi adı ilə müəllimlərə əmək haqqı ödənildiyi aşkar olunub.
Eyni vəziyyət səhiyyə sistemində də mövcuddur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB) publik hüquqi şəxsin Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında aparılan nəzarət tədbirləri zamanı “İcbari tibbi sığorta üzrə xidmətlər zərfi”nə daxil olmayan tibbi xidmətlərdən daxil olan vəsaitin xəstəxananın kassasına mədaxil edilmədiyi, cari və əsaslı təmir işlərinin həcmlərinin artırıldığı və podratçı təşkilatlara artıq büdcə vəsaitinin ödənildiyi, işə davamiyyəti olmayan, yəni faktiki olaraq işləməyən işçilərə, o cümlədən həkimlərə əsasız olaraq uzun müddət əmək haqqı verildiyi, imtiyazlı xəstələr üçün aptek bölməsi tərəfindən tərtib edilmiş hesabatlarda qiyməti daha yüksək olan dərmanların miqdarının həkim reseptlərində çox göstərildiyi və bu kimi nöqsanlar nəticəsində büdcə vəsaitinin artıq xərcləndiyi müəyyən edilib.
Nəhayət, məlum olub ki, Yevlax rayonunun Aran bələdiyyəsində kassadan nağd pul əsassız olaraq məxaricə silinib, icarəyə verilmiş bələdiyyə torpaqlarından toplanmış icarə haqları bələdiyyənin hesabına mədaxil olunmayaraq təyinatından yayındırılıb.
Beləliklə, aydın olur ki, dövlət büdcəsindən vəsait ayrılan bütün sahələrdə, dövlətə məxsus olan bütün qurumlarda korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsi halları baş alıb gedir. Heç kimə sirr deyil ki, bu vəziyyət uzun illərdir davam edir. İndiyədək korrupsiya ittihamı ilə həbs olunanların sayı yüzlərlə olsa da, təəssüflər olsun ki, dövlət strukturlarında korrupsiya səviyyəsinin kəskin azaldığını söyləmək mümkün deyil. Nə həbslər, nə də tutulanların Azərbaycandakı əmlakının dövlət nəfinə müsadirəsi qalan məmurların korrupsiyadan çəkinməsi üçün kifayət etməyib. İndinin özündə belə dövlət qurumlarında korrupsiya, mənimsəmə halları davam etməkdədir. Bütün bunlar göstərir ki, ayrı-ayrı şəxslərin həbsi vəziyyəti köklü dəyişmək üçün yetərli deyil. Bu halda nə etmək olar ki, məmurlar korrupsiyaya yol verməsinlər, kimlərinsə həbsinə ehtiyac qalmasın? Elə bir yol varmı ki, Azərbaycan məmurlarının gözünü dövlət vəsaitlərindən birdəfəlik çəksin?
Hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda dövlət məmurlarının mütləq əksəriyyətinin bir və ya digər dərəcədə korrupsiyaya bulaşdığı sirr deyil: “Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər - dövlətin sistemli şəkildə aradan qaldırmalı olduğu səbəblərdir. Yəni Dövlət Təhlükəsizlik Xidməti heç də bütün sahələri nəzarətdə saxlayıb, bütün məmurların fəaliyyətini izləyəcək imkanında deyil. Bu baxımdan, haqlı bir sual yaranır ki, birini tutdunuz, beşini, onunu tutdunuz, bəs qalanı? Əlbəttə, mən bununla heç də Təhlükəsizlik Xidmətinin rolunu kiçiltmirəm. Lakin reallıq var və həmin reallıq da bundan ibarətdir ki, on minlərlə məmurun fəaliyyətinin bir qurum tərəfindən nəzarətdə saxlanması mümkün deyil. Buna görə dövlət öz tərəfindən korrupsiyaya şərait yaradan amilləri aradan qaldırmalı, mühiti təmizləməlidir. Burada ilk addım dövlət məmurlarının maaşı ilə bağlı olmalıdır. Hər nə qədər Azərbaycanda çoxlarından yüksək olsa belə, səlahiyyətləri, idarə etdikləri vəsaitlərin həcmi baxımından məmurların maaşı heç də yetərli sayıla bilməz. Hesab edirəm ki, Azərbaycanda dövlət idarəetməsinin Sinqapur modeli tətbiq olunmalıdır: dövlət məmurlarının maaşı yüksək, məsuliyyəti çox olmalıdır. Eyni zamanda korrupsiya əməli sübut olunan hər bir məmur amnistiyaya düşmək hüququ olmadan ömürlük azadlıqdan məhrum edilməlidir. Hamı da bilməlidir ki, dövlət məmuru olmaq hansı gəliri, hansı məsuliyyəti nəzərdə tutur”.
Ekspert bildirir ki, Azərbaycanda dövlət məmurlarının əmək haqqı açıqlanmır: “Bunu müəyyən edən sənəd açıq mənbələrdə mövcud deyil. Bu, çox anlaşılmayan məsələdir ki, mənə xidmət edib, mənim ödədiyim vergilərdən maaş alan məmurun əmək haqqı niyə gizli saxlanmalıdır? Dövlətin üzərinə düşən digər mühüm vəzifə məmurların gəlir və xərclərinə dair bəyannamə açıqlaması mexanizminin tətbiqidir. Bu gün bir məmurun qoluna baxırsan, taxdığı saat onun illik maaşından bahadır. Yaxud geyindiyi kostyum azı 6 aylıq maaşı qədərdir. Balam, xeyir ola, haradan əldə edirsən bu pulları? Sənin ailə üzvlərin hansı pulların hesabına dünyanın bu başından vurub, o başından çıxır? Bu kimi qeyri-müəyyənliklərin qarşısını almaq üçün dövlət idarəçiliyində çalışan hər kəsin gəlir və mütləq həm də xərclərinə dair bəyannamə doldurması lazımdır. Azərbaycanda bu məsələ düyünə düşmüş məsələlərdən biridir. Niyə? Çünki kimlərsə bunda maraqlı deyil, ona görə də qarşısını alır”.
Ə.Həsənovun sözlərinə görə, dövlət, həmçinin, büdcə prosesini şəffaflaşdırmalıdır: “Neçə illərdir elektron hökumətə keçiddən danışırıq, hər il filan qədər yeni xidmətin elektronlaşdığını fəxrlə elan edirik. Belə elektronlaşırıqsa, dövlət büdcəsinin gəlir və xərcləri də elektronlaşdırılsın: hər bir vətəndaşın imkanı olsun ki, övladının oxuduğu məktəbə, yaxud yerli icra nümayəndəliyinə hər ay nə qədər büdcə vəsaitinin çatdığını görə bilsin, dövlət vəsaitlərinin hərəkətini izləmək imkanı olsun. Niyə biz buna getməyək? Niyə dövlət büdcəsindən vəsait alan, yaxud dövlət əmlakını idarə edən hər bir qurumun aylıq gəlir-xərcləri elektron sistemdə açıqlanmasın? Nədir bunu mümkünsüz edən, hansı maraqlardır? Digər bir məsələ ”Dövlət satınalmaları haqqında" mövcud bərbad qanunun yenidən işlənməsidir. Bu qanun düzgün işləmək istəyənə də imkan vermir. Bildiyiniz kimi, son vaxtlar dövlət başçısı dəfələrlə effektiv ictimai nəzarətdən danışıb. Bu nəzarəti təmin etmək üçün qeyd etdiyim 3 mühüm addım atılmalıdır. Bundan əlavə, dövlət reyestrləri niyə qapalı olmalıdır? Bütün dünyada daşınmaz əmlakın reyestri ictimai açıq məlumatlar sırasındadır. Amma Azərbaycanda bu, dövlət sirri kimi qorunur. Niyə axı? Bu məsələ dövlətə hansısa zərər yetirə bilərsə, dünyanın digər dövlətlərində niyə vurmur? Demək ki, Azərbaycanda dövlət marağı deyil, qrupların, şəxslərin marağı imkan vermir ki, şəffaflıq olsun".
Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2022, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər