Mehdiyevin ucsuz-bucaqsız torpaqları... - Siyahı hazırlanır, əlindən alınacaqmı?
AMEA-nın istefa ərizəsi yazmış prezidenti Ramiz Mehdiyevin zəbt etdiyi torpaqların siyahısı hazırlanır.
Onun Bakıda, Bakıətrafı rayonlarda və ölkənin demək olar ki, bütün bölgələrində istifadə edilməyən böyük torpaq sahələrinin olması müəyyən edilib.
Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ölkə ərazisində istifadə edilməyən, vaxtilə kimlərsə tərəfindən zəbt olunmuş və ya icarə müqaviləsi ilə mənimsənilmiş torpaqların müəyyən edilməsi üçün siyahıya alma prosesində çox ciddi məqamlar ortaya çıxıb. Məlum olub ki, zəbt olunmuş torpaqların çoxu iri məmurlara bağlıdır. Bu məmurlar arasında Ramiz Mehdiyevin də adı var.
Məlum olub ki, yerli icra başçıları ona hektarlarla torpaqlar bağışlayıblar. Həmin torpaqların çoxu hasarlanıb və istifadə olunmur. Məsələn, təkcə Abşeron rayonu ərazisində 100 hektardan çox, Qaradağda 150 hektara qədər torpaq sahəsi var.
Mənbə bildirir ki, bu torpaqların siyahısı hazırlanır və aidiyyəti qurumlara təqdim olunacaq.
Qeyd edək ki, zəbt olunmuş torpaqların geri alınması, istifadəyə verilməsilə bağlı tapşırığı hələ illər öncə Prezident İlham Əliyev vermişdi.
Sitat:
"İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda iş gör. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir”.
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar indi bu məsələnin üstünə düşüblər. İcarə torpaqlarının təyinatına uyğun şəkildə istifadə edilib-edilməməsi yoxlanılır. Eyni amanda həmin torpaqların icarə haqqı və vergisi tələb olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2022, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər