“Mənə 260 manat pensiya verirlər, deputatlar isə 2 min maaş alır, amma işləmirlər...” - ETİRAZ
“Deputatların bəziləri elə iş adamlarıdırlar, obyektləri var. Söhbət yaşlı deputatlardan gedir. Cavanlar haqda bir söz deyə bilmərəm. O yaşlı deputatları da Ramiz Mehdiyev kimilər təyin edib. Onlar da neçə illərdir oturublar deputat kreslosunda, amma bir dənə Zeynəbin daşı ağır oldu, onu çıxardılar. Yenə də heç olmasa incəsənətdən bir nəfər o qalmışdı”. Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Ə.Mirəliyev bəzi deputatların öz funksiyasını itirdiyini bildirib:
“Mənə elə gəlir ki, bəziləri artıq deputat funksiyasını itiriblər. Bu yaşlı deputatlar dövlətin içində dövlət yaratmaq istəyən adamlardır. Bunlar ağın çıxarıblar və onları da təmizləmək lazımdır. Onların əksəriyyəti dildə bir söz, içlərində isə başqa söz deyirlər. Çox təhlükəli adamlardırlar. Xalqı çaşdırırlar, xalq Prezidentinə inanır və onun da arxasıyca gedir. Amma bəziləri bu fikirdə deyillər.
Belə adamlar bütün sahələrdə var. Allahın köməkliyi ilə Cənab Prezident onların hamısını təmizləyəcək. Onlar öz fikirləri ilə xalqda inamsızlıq yaradırlar. Rusiyaya işləyirlər. Söhbətin kimdən getdiyini siz də yaxşı bilirsiniz və bunların əksəriyyəti də onun kadrlarıdır. Belə olmaz, özlərini yığışdırsınlar. Dövlətin Prezidenti var və onun əmrlərini yerinə yetirmək lazımdır. Bəziləri başlarından böyük səhvlər, qələtlər edib, xalqı pis günə qoyurlar. Durun xalqın tərəfində bahalıqdan danışın, onda görüm necə deputatsınız. Sizi Milli Məclisə təyin ediblər ki, xalqı dəstəkləyəsiniz.
Biz 44 günlük Vətən müharibəsində qalib gəlmişik və imkan versinlər Prezident işlərini görsün. Mənə 260 manat pensiya verirlər, deputatlar isə 2 min maaş alır. Amma işləmirlər. İşini bilən, Prezidenti sevən adamları bura cəlb etmək lazımdır. Müxalifətlə iqtidar birləşməlidir. Mən bunu neçə ildir ki, deyirəm. Biz bir yumruq kimi bir olmalıyıq. Qarabağda hələ də düşmən təxribata əl atır. Mən bunları deyəndə deyirlər ki, Əli Mirəliyev yaltaqlanır. Yaltaq sizsiniz, nəslinizdir. İmkan verin dədə-baba yurdlarımızı işğaldan azad edək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-02-2022, 16:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər