reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məşhur professor Təhsil Nazirliyindən uzaqlaşdırıldı - Emin Əmrullayev alimlərdən imtina edir?

reklam

Məşhur professor Təhsil Nazirliyindən uzaqlaşdırıldı - Emin Əmrullayev alimlərdən imtina edir?



















Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev işdən çıxarılıb.

Bu barədə əmri Təhsil naziri Emin Əmrullayev imzalayıb.

Əfqan Abdullayev Təhsil Nazirliyində ən yüksək elmi dərəcəsi olan kadr idi. Belə müxətəssisin nazirlikdən uzaqlaşdırılması təəssüflə qarşılanıb.

Əfqan Abdullayev Bakupost.az -a açıqlamasında xəbəri təsdiqləyib. Bildirib ki, bu ilin yanvar ayında işdən çıxarılmasıyla bağlı ərizə yazıb. Hazırda işsiz olduğunu deyən professor, vəzifədən uzaqlaşmasının səbəbləri barədə danışmaq istəməyib.

Ə.Abdullayev bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu.

Ondan əvvəl ADU-nun rektor əvəzi və Tədris işləri üzrə prorektor vəzifəsində çalışıb. 

Əfqan Abdullayev 1988-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnsititutunda İngilis dilinin Qrammatikası kafedrasında laborant, müəllim, Tətbiqi Dilçilik laboratoriyasının müdiri işləyib.

1992-1995-ci illərdə Xəzər universitetində ingilis dili müəllimi, rektorun müşaviri, İngilis dili kafedrasının müdiri, Humanitar fakültənin dekanı vəzifələrində çalışıb.

1995-2003-cü illərdə ABŞ-da əvvəlcə Ali Təhsilin idarə olunması üzrə magistraturada, sonra Ph.D proqramında (Koqnitiv dilçilik) təhsil alıb.

1998 və 2005-ci illərdə ABŞ Dövlət Departamentinin Fulbraight mükafatına layiq görülərək ABŞ-ın müxtəlif universitetlərində elmi tədqiqat aparıb və mühazirələr oxuyub.

2001-ci ildən Xəzər universitetinin, 2002-ci ildən isə Azərbaycan Dillər Universitetinin professoru olub.

2003-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinin dekanı vəzifəsində çalışıb.

2014-2016-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya şöbəsində, Elm, Ali və Orta ixtisas təhsili şöbəsində çalışıb.

6 dərsliyin (2 dərslik xaricdə ingiliscə nəşr olunub), 110-dan çox elmi məqalənin (37 məqalə xaricdə nüfuzlu elmi jurnallarda çap olunub) müəllifidir.

ABŞ və Avropanın müxtəlif beynəlxalq təşkilatlarının 23-dən çox təqaüdünə layiq görülüb.





Paylaş:


Müəllif : Tarix:
18-02-2022, 08:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər