reklam
Regionxeberlericom.az » Cəmiyyət » Anlamsız Tibbi SIĞORTA SİSTEMİ... - "Hər ay boşuna pul veririk..."

reklam

Anlamsız Tibbi SIĞORTA SİSTEMİ... - "Hər ay boşuna pul veririk..."

"İlk dəfədir ki, hər ay pul ödədiyim icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətindən istifadə etmək istədim. Qeydiyyatda olduğum Hökməli qəsəbəsindən göndərişlə Abşeron Rayon Mərkəzi Xəstəxanasına getdim, 1 gün orda gözləyə-gözləyə nəhayət birtəhər uzidən keçib ordan da gondərislə endoskopiya üçün Topçubaşov adına elmi cərrahiyyə mərkəzinə getdim". Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında İlahə Quliyeva adlı istifadəçi qeyd edir.
Daha sonra narazı vətəndaş yazır: "40 dəqiqə qeydiyyatda gozləyəndən sonra (gah sistem işləmir, gah internet gah da xanımlar söhbət edir) sevincək yollandım həkim Sevinc Məlikovanın yanına. Həkim dedi ki, narkoz sığortaya daxil deyil, əlavə 50 manat ödəməliyəm narkoz istəyirəmsə. Məndən başqa gozləyənlərə də hərəsinə bir məbləğ demişdi. Səhər saat 10-da acqarına evdən çıxan adam neçə saat gozləyəndən sonra (həm də acqarına olmalıyam deyə heç nə yeyib-icməmisəm) saat 2-də bezdim çıxdım özəl xəstəxanaya getdim. Sığortalı xəstə görən bütün həkimlər agiz-goz əyir, elə minnət qoyur, elə ağlıyır maaş belə, sığorta elə, adam it pesmani olur. Qısası aylıq boşuna pul verib, yenə özəl xəstəxanalara gedirik".




Paylaş:


Müəllif : Tarix:
18-02-2022, 09:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər