reklam
Regionxeberlericom.az » Cəmiyyət » Genişmiqyaslı hərbi əməliyyatlar olmayacaq... - Sabiq nazir Tofiq Zülfüqarov

reklam

Genişmiqyaslı hərbi əməliyyatlar olmayacaq... - Sabiq nazir Tofiq Zülfüqarov
















“Həm qərb, həm də Rusiya Ukraynada olan gərginliyi birinci təbliğat, ikinci isə təzyiqlər göstərməklə öz xeyrinə istifadə etmək niyyətindədir”.

Bunu  açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, münaqişənin diplomatik masada həll olunması ən düzgün yoldur:

“Ukrayna-Rusiya gərginliyinin Azərbaycana hər hansı bir təsirini sadəcə ehtimal şəkilində dəyərləndirmək olar. Bu böhranda aktiv iştirak edən siyasi mərkəzlər, Azərbaycan rəhbərliyi və Türkiyə ilə siyasi əlaqələr qururlar. Bu günlərdə NATO-nun baş katibi İlham Əliyevə zəng edib. Həmçinin Ərdoğan həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə sıx təmaslar aparır. Azərbaycan Prezidenti Kiyevdən qayıdandan sonra Rusiya ilə də əlaqə saxlayıb. Artıq təəssürat yaranır ki, həm Türkiyə, həm də Azərbaycan bu mövzuda xoşməramlı xidmətlər göstərmək istəyirlər. Əlaqələr yaratmaq, bu və ya digər gərginliyi aradan götürmək üçün öz səylərini göstərməkdədirlər. Bu, çox yaxşı bir haldır. Çünki Azərbaycan və Türkiyə ənənəvi olaraq həm Ukrayna, həm də Rusiya rəhbərliyi ilə çox sıx təmasları var. Azərbaycan Prezidentinin təcrübəsi, Rusiyaya aid xarici siyasəti Qərbin siyasi dairələri tərəfindən yüksək qiymətləndirilir. Hamı görür ki, Azərbaycan Rusiya ilə əlaqələri çox konstruktiv şəkildə qurarkən bir çox məsələləri həll etməyə nail olub. Xüsusilə də ərazi bütövlüyümzün bərpasında bu, açıq-aydın görsənir. Biz Gürcüstan, Ukrayna siyasətini izləsək görərik ki, Azərbaycan Rusiya ilə daha effektiv, diplomatik xarici siyasət aparmaqdadır. Bu məsələni qərbdə də çox yaxşı görürlər. Məhz ona görə də NATO-nun baş katibi Ukrayna mövzusunu Azərbaycan Prezidenti ilə müzakirə edib.



Ukrayna və Rusiya arasında hərbi əməliyyatların olması ehtimalına tənqidi yanaşıram. İnanmıram ki, genişmiqyaslı hərbi əməliyyatlar baş versin. Çünki artıq həm Rusiya, həm Ukrayna yaxşı başa düşürlər ki, indiki güc balansı nəticəsində hərbi əməliyyatlarla istədiyi hədəf və məqsədlərə nail ola bilməzlər. Eyni zamanda Rusiya və Ukrayna yaxşı başa düşürlər ki, üçüncü qüvvələr bu gərginliyi öz xeyrinə istifadə etmək niyyətindədir. Artıq strateji təhlükəsizlik müzakirələrinin olduğu ərəfədə üçüncü qüvvələr Ukrayna faktorundan istifadə edərək, bir-birinə təzyiq edirlər. Bunu həm Ukrayna, həm də Rusiya başa düşür. Xüsusilə, Zelinski tərəfindən dost ölkələrə tənqidi bəyanatlar səsləndirib. Bildirib ki, onlar səfirliklərini bağlamaqla ölkədə həddindən artıq gərgin, panika əhval-ruhiyyəsi yaradıblar. Eyni zamanda müxtəlif ölkələrin təyyarələri Ukrayna səmasına daxil olmaqdan imtina ediblər. Bu da Ukraynada süni şəkildə gərginliyi artmasına səbəb olub. Lakin onu da qeyd edim ki, həm Rusiya, həm də Ukrayna hərbi əməliyyatların olmasında maraqlı deyillər. Çünki heç bir məsələni hərbi əməliyyatlar nəticəsində həll etmək mümkün deyil".



Paylaş:


Müəllif : Tarix:
18-02-2022, 12:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər