reklam
Regionxeberlericom.az » Cəmiyyət » Misirdə Xaqani Şirvaninin əlyazmaları tapıldı - FOTO

reklam

Misirdə Xaqani Şirvaninin əlyazmaları tapıldı - FOTO




















Uzun illərdir, Misirdə ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparan, Qahirə Universitetinin doktoru, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanla bağlı çox dəyərli məlumatları üzə çıxarıb.

Dünya sivilizasiyasının əsas irsi mənbələrindən olan Misirdə, dünyanın ən məşhur kitabxanaları yerləşir. Bu kitabxanaların ən önəmlilərindən biri paytaxt Qahirədə, Nil çayının qoynunda yerləşən "Misir Kitablar Evi" dir (Dər əl-Kutub əl-Misriyyə). Bu kitabxanada müxtəlif dillərdə yazılmış altmış minə yaxın əlyazma nüsxə mövcuddur. Xaqani Şirvaninin əlyazmaları həmin kitabxanada tapılıb. Burada şairin divanının "Divan Xaqani" dörd nüsxəsi (üçü tam və dördüncüsü naqisdir) və "Töhfətül İraqeyn" divanının əlyazma nüsxəsi vardır.

Seymur Nəsirov bildirir ki, Xaqani Şirvanini ərəb mənbələrində iki adla təqdim olunur. Birincisi Fəzləddin Bədil Əli oğlu əl-Xaqani əl-Şirvani kimi və onun hicri tarixi ilə 595 – ci (miladi 1199) ildə vəfat etdiyi qeyd edirlər. İkincisi isə, Əfzələddin Əli oğlu İbrahim kimi təqdim olunur. O, həkim Xaqani kimi məşhür olduğunu, hicri tarixi ilə 582 – ci (miladi 1186) ildə vəfat etdiyini qeyd edirlər.

1. Birinci nüsxə hicri tarixi ilə 1012–ci (miladi 1603) ildə gözəl təliq xətti ilə köçürülmüşdür. Əlyazma 369 vərəqdən və onların ölçüsü 25/15 sm və 17 sətirdən ibarətdir.
2. Ikinci nüsxə qızıllı çərçivəyə alınaraq gözəl təliq xətti ilə hicri tarixi ilə 858 – ci (miladi 1454) ildə köçürülmüşdür. Əlyazmanın birinci səhifəsi yoxdur. O, 322 vərəqdən və onların ölçüsü 26/17 sm və 21 sətirdən ibarətdir.
3. Üçüncü nüsxə qızıllı çərçivəyə alınaraq gözəl təliq xətti ilə hicri tarixi ilə 1009 – cu (miladi 1600) ildə Ümməti Türbəti tərəfindən köçürülmüşdür. Əlyazma 335 vərəqdən və onların ölçüsü 24/14 sm və 20 sətirdən ibarətdir.
4. Dördüncü nüsxə qızıllı və rəngli boyalı çərçivəyə alınaraq nəstəliğ xətti ilə hicri tarixi ilə 823 – cü (miladi 1420) ildə Fürsət Ğərib tərəfindən köçürülmüşdür. Bu nüsxədə Xaqani ilə yanaşı müxtəlif şairlərin əsərləri də mövcüddür. Xaqaninin şeirləri sadəcə 332-339 vərəqlərdə mövcuddur. Onların ölçüsü 25/16,5 sm və 22 sətirdən ibarətdir.
5. Bu nüsxə isə "Töhfətül İraqeyn" adlanır. Xaqani bu əsərini hicri tarixi ilə 551- ci (miladi 1156) ildə, ilk həcc ziyarətində yazdığı qeyd olunur. Bu əlyazma hicri tarixi ilə 1106 –cı (miladi 1694) ilin səfər ayında Məhəmməd Əli İzzəddin Əhməd oğlu əl- Şirazi tərəfindən təliq xətti ilə köçürülmüşdür. Əlyazma 140 vərəqdən və onların ölçüsü 16,5/9 sm və 12 sətirdən ibarətdir.

Qeyd edək ki, 1995-ci ildən Misirə təhsilini davam etdirmək üçün gedən S.Nəsirov ərəb mənbələrinə istinadən 250-dən çox azərbaycanlı alim haqqında iki kitab və çoxlu sayda elmi məqalələrin müəllifidir.

S. Nəsirov bundan öncə Nizami Gəncəvinin “Xəmsə”sini və İmadəddin Nəsiminin Azərbaycan dilində "Külliyatı"nın əlyazmaları haqqında məlumatlar verib. O, Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporunun sədridir.





Paylaş:


Müəllif : Tarix:
18-02-2022, 12:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər