reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xəbərsiz borca düşənlər... - Cinayətkar qrup bir gəncin intiharına səbəb oldu

reklam

Xəbərsiz borca düşənlər... - Cinayətkar qrup bir gəncin intiharına səbəb oldu




















Ötən gün adına şirkət qurulduğunu öyrənən Astara rayon Toradi kənd sakini Zaur Sovqatov intihar edib.

Bildirilir ki, ölümündən bir neçə gün öncə mərhum Zaur Sovqatov aldadıldığını, onun adına bir neçə şirkət yaradıldığı və böyük məbləğdə vergi borcu yarandığı barədə hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına, eləcə də mətbuata müraciət edibmiş.

Görünən odur ki, ölkədə bu işlə mütəşəkkil şəkildə məşğul olan cinayətkar qruplar var. Həmin dələduzlar pandemiya dövründəki çətin maliyyə vəziyyətindən istifadə edərək müəyyən pul qarşılığında adlarına “Asan İmza”, VÖEN açaraq müxtəlif şirkətlər, MMC-lər təsis ediblər. Daha sonra vətəndaşa məhkəmə tərəfindən gələn məktubda dövlətə kifayət qədər yüksək məbləğdə vergi borcu olduğu məlum olub.

Bəs bu cinayətkarlığın qarşısını almaq üçün nə etmək lazımdır? Çıxış yolu nədir?


Məsələ ilə bağlı Bakupost.az -a hüquqşünas Ələsgər Məmmədli bildirib ki, həmin dələduzlar aşkarlanarsa Cinayət Məcəlləsinin 178-ci maddəsində dəyən zərərə görə 12 ilə qədər həbs cəzası var.

Onun sözlərinə görə bu tip dələduzlar işi təkbaşına edə bilməzlər, hökmən onların idarəetmə ilə bağlılığı var:




“Bu dələduzlar insanların etimadından sui-istifadə edərək, “problemini həll edəcəm, sadəcə mənə etibarnamə ver deyərək” onları aldadır, sonra bütün hüquqi işləri həyata keçirmə qabiliyyəti olan etibarnaməni alırlar. Bununla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsində dəyən zərərə görə 12 ilə qədər həbs cəzası var. Bundan əlavə ən ciddi problemlərdən biri budur ki, bu tip qruplaşmalar işi tək və yaxud şəbəkə formasında edə bilməz, mütləq ki, onların idarəetmə ilə bağlılığı var. Xüsusilə də tenderlerdə iştirak, alqı-satqı proseslərində hansısa malın gətirilməsi, kiməsə verilməsi məsələsi də var. Tez-tez görürük ki, ilin 365 günü 365 tender udan şirkətlər olur. Bəzən hadisə tender elan olunandan sonra yaranan şirkətlər ildırım sürəti ilə həmin tenderdə qalib olur. Fonda 10 manat olduğu halda, 100 min, yaxud da yarım milyon manatlıq tender icra edir. Düşünürəm ki, məsələ burada sadəcə dələduz və ya aldadılan vətəndaş məsələsi deyil. Həm də bu tip dövlət satınalmaları ilə bağlı məsələdə çox ciddi şəkildə sistemli, investisiyası, ən azı 3-4 illik təcrübəsi, invertarları aydın şəkildə məlum olan qurumların tenderə qəbul olunması vacibdir. Məsələn, şəxs hansısa bir quruma rəhbər gedir. Dərhal özünün 5-6 tanıdığı adamın adına şirkət açır və 10 gün sonra da bütün tenderləri udur. Belə dələduzluğun arxasında həm də hardansa bəslənmə var. Ona görə də bu bataqlıq çox böyük ağcaqanad bəsləyir. Həmçinin sadəcə dələduzları tutmaqla da iş bitmir”.



Ə.Məmmədlinin sözlərinə görə hüquq-mühafizə orqanları bəzi hallarda bilərəkdən məsələnin üstünə getmir, çünki həmin şəxslərin kimlərsə tərəfindən mühafizə və müdafiə edilir:

“Bəzən zərərçəkən şəxslər məsələni gündəmə gətirib, aldadıldığını desə də, hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmaması da ciddi problemlərdəndir. Bu aspektdən idarəetmədə hüquqi infrastruktur baxımından müəyyən konkret müddəalar olmalıdır ki, məhz tenderdə iştirak edənlər hərə bir şirkət qurub, kimisə aldadıb çıxmasınlar. Heç olmasa stabil bir neçə illik hesabatı olsun və bilinsin ki, bu sabit bir qurumdur. Bu zaman bu tip dələduzların manevr şansı qalmayacaq”.

Hüquqşünas vurğulayıb ki, burada hüququn tətbiqi, qanunvericilik, idarəetmədən qaynaqlanan problemlər var:

“Digər bir problem odur ki, bu cür şəxslər dələduzluqla mənimsədikləri pullar ilə digərlərini də rüşvətlə bəsləyirlər. Problemin mahiyyəti həm də budur. Həmin dələduzlar cəmiyyətə, insanlara, etimada, hüququn üstünlüyünə zərər verirlər. Lakin yenə də ortalıqda gəzə bilirlər. Çünki rəsmi qurumlar vəzifələrini tam icra etmirlər. Eyni zamanda həmin şəxslər ona görə aşkarlanmır ki, birmənalı şəkildə hansısa çətir altında qurunurlar”.






 



Paylaş:


Müəllif : Tarix:
18-02-2022, 15:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər