reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 20 fevral

reklam

Bürclər- 20 fevral











Qoç - İşə ciddi yanaşın. Qeyri-ciddilik, hərdəmxəyallıq problemlər yarada bilər. Peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail olmaq istəyirsinizsə, rəhbərliyin möveqlərinə zidd addımlar atmayın. Bu minvalla müşkül situasiyalar yaratmayın. Kritik məqamlarda məntiqli davranın. Belədə sizə səhvlərinizi bağışlayarlar.Günün ikinci yarısının maliyyə fonu uğurlu deyil. Planlaşdırılmamış xərclər, itkilər ola bilər. Anlaşma və sövdələşmələr perspektivli deyil.Şəxsi münasibətlərdə aktiv olun.Axşam saatlarında normal istirahət edin.

Buğa - Müsbət təmayüllərin təsir gücü artır. Nəzərdə tutduğunuz ideya və ya planı uğurla reallaşdıra bilərsiniz. Gələcəklə bağlı planlar qurmaq olar. Onları tez bir zamanda həyata keçirməyə çalışın. Şəxsi münasibətlərdə təşəbbüs zamanıdır.Həmkarlarınız, dostlarınız, qohumlarınız sizi dəstəkləyəcəklər.Günün ikinci yarısı maliyyə baxımından uğurludur. Gəlir əldə etmək, sərfəli anlaşma və ya sözləşməyə nail olmaq şansları var. Pulu məntiqlə xərcləyin. Axşam saatlarında aktiv istirahəti seçin.

Əkizlər - Sizə maraqlı təsir bağışlamayan işlərə çox vaxt sərf etməli olacaqsınız. Əfsuslar olsun ki, bu işləri nə başqasına həvalə etmək, nə də təxirə salmaq mümkün deyil. Sizə əziz olan insanlarla münasibətlərdə problemlər yarana bilər. Səylərinizə rəğmən, ixtilafın qarşısını almaq asan deyil.Narahat olmayın. Mənfi təmayüllərin təsiri çox çəkməyüəcək. Münasibətlərdəki harmoniya bərpa olunacaq.Alış-veriş məsləhət deyil. Sizə əsla gərək olmayan əşya ala bilərsiniz.

Xərçəng - Kiçik çətinliklər yaranacaq, amma onları uğurla dəf edəcəksiniz. Dostlar və etibarlı, sınanmış müttəfiqlər sizə yardım edəcəklər. Anlaşma, uzunmüddətli əməkdaşlıqla bağlı sözləşmə üçün əlverişli zamandır. Yeni tanışlıqlara laqeyd yanaşmayın. Az sonra onlardan biri faydalı ola bilər.Günün ikinci yarısında yeni məqsədlər və hədəflər formalaşacaq. Onlar peşəkar fəaliyyətinizi daha rəngarəng edəcək. Şəxsi münasibətləri unutmayın. Təşəbbüskar olsanız, müsbət dəyişikliklər və irəliləyişlər yaşanacaq.

Şir - Maraqlı gündür. Fəal olun, süstlüyə qapılmayın. Gündəlik, rutin işlərə yaradıcı yanaşma gərəkli nəticəyə nail olmaqla yanaşı, yeniliyi əxz etməyə imkan verəcək. Yeni müttəfiqlər tapa bilrsiniz. İntuisiyanız itidir. Onun siqnallarına qulaq assanız, hətta ən çətin vəziyyətdə də kobud səhvlərə yol verməyəcəksiniz.Yaxın ətrafınızdakı insanların sizin yardımlarınıza ehtiyacı var. Dəstək olmaqdan boyun qaçırmayın. Amma kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə etsin. Səfər və səyahət, habelə uzaqdan gəlmiş şəxslə ünsiyyət üçün əlverişli zamandır.

Qız - Enerjili, aktiv olun. İntizamlı davranın. Soyuqqanlı və təmkinli hərəkətlər bu gün əsas üstünlüyünüz ola bilər. Əvvəlki günlərlə müqayisədə daha çox işləməli olsanız da, yorğunluqdan şikayətlənməyin. Yeni ideyalar və cəsarətli təşəbbüsləri dəstəkləyin. Qeyri-standart qərarlar qəbul etməyi bacaran insanla qarşılaşacaqsınız.Günün ikinci yarısında liderlik məziyyətlərinizi büruzə verin. İşdə belə davranış pis deyil. Amma şəxsi münasibətlərdə ehtiyatlı olun. Əks təqdirdə toqquşmalar ola bilər. Planlaşdırılmamış xərclər istisna deyil. Maliyyə vəsaitini nəzarətdə saxlayın, bədxərclik etməyin.

Tərəzi - Gün çətin, mürəkkəbdir. Emosiyalarınıza hakim olun. Ən əlverişsiz, gərgin anlarda hisslərinizin nəzarətdən çıxmasına imkan verməyin. Önəm verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq cəhdləriniz uğursuzluğa düçar ola bilər. Bacarıq və biliklərinizi görmək istəmir, çatışmazlıqlarınızı isə həddən ziyadə şişirdirlər.Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Ciddi itkilər ola bilər. Alış-veriş etməyin, anlaşma və sövdələşmələrə can atmayın. Maraqlı məşğuliyyətlər üçün əlverişli zamandır. Yaradıcı yanaşma tələb edən, amma xüsusi bacarıq və ya ustalıq tələb etməyən işə başlaya bilərsiniz.

Əqrəb - İşgüzar danışıqlar və şəxsi səciyyəli görüşlər yaxşı keçəcək. İndiyədək dil tapa bilmədiyiniz insanlarla anlaşa biləcəksiniz. Mürəkkəb və genişmiqyaslı peşəkar layihələrə başlamaq olar. Kommersiya fəaliyyəti gəlir verəcək. Gəlir təxminlədiyinizdən də artıq ola bilər.Səfər, səyahət, şəraiti dəyişmək üçün əlverişli zamandır. Qeyri-adi, orijinal hadisələrə və nəsnələrə maraq artır. Yaşam potensialının səviyyəsi yüksəkdir.Səhhətinizdə problemlər olmayacaq.

Oxatan - Gərgin və məhsuldar fəaliyyət günüdür. Bu işin nəticələrini dərhal görməyəcəksiniz. Səbirli olun. Hadisələri sürətləndirmək, süni təkanlardan yararlanmaq cəhdləri yaxşı heç nə vəd etmir. Yeni işgüzar münasibətlər yaratmaq, işdəki münaqişəni çözmək və nizamlamaq üçün əlverişli zamandır. Yeni müttəfiqlər olacaq. Ən başlıcası isə odur ki, çoxdankı qarşıdurmaya son qoymağa çalışın.Tikinti, inşaat və təmir üçün əlverişqli zamandır. Məişət texnikası, mebel, interyer predmetləri almaq olar. Nəqliyyat vasitəsi almaq istəyirsinizsə, seçimdə yanılmayın.

Oğlaq - Bu gün qəbul edəcəyiniz qərarları həyata keçirin. Onlar yaşamınızda müsbət dəyişikliklərə səbəb ola bilər. Önəm verdiyiniz insanlarla ünsiyyət üçün yaxşı gündür. Müttəfiqlə yanaşı, nüfuzlu hami arayın. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş şansları yaranır. Daha maraqlı, maaşı yüksək olan iş tapa bilərsiniz.Başqalarının təcrübəsi faydalı ola bilər. Yaxın ətrafınızdakı insanların səhvləri və yanlışlıqları sizə dərs olsun. Ciddi səhvlərə yol verməməyə çalışın. Nəzərdə tutulmamış alış-veriş və əyləncə məsləhət deyil.

Dolça - Çətin, qarışıq və mürəkkəb gündür. İşdə problemlər yaranacaq. Şəxsi münasibətlərdə də rəvanlıq və sakitlik müşahidə olunmur. Ən pisi odur ki, niyyət və planlarınızda konkretlik yoxdur. Sonradan sizə təəssüf hissi yaradacaq addımlar atmayın.Emosional fon gərgindir. Yaxşı əhval-ruhiyyəni qorumaqda çətinlik çəkəcəksiniz. Amma sınamağa, cəhd göstərməyə dəyər. Sizi maraqlandıracaq məşğuliyyət tapacaqsınız.Axşam saatlarında gəzinti sizə yuxusuzluq və baş ağrılarından qurtulmağa imkan verəcək.

Balıqlar - İşgüzar baxımdan çox əlverişli gündür. İstənilən problemin və ya çətinliyin öhdəsindən sürətlə gəlin. Rəqibləri üstələyin. Hətta ən çətin durumda belə, qətiyyəti və inamı itirməyin. Toplantı, iclas və ya seminara qatılmaq üçün münasib zamandır. Sizə maraqlı gələn insanların rəğbətini qazanın. Diqqət mərkəzində olanda özünüzü rahat hiss edin. Sizi tərifləyəcəklər.Romantik tanışlıq ehtimalı yüksəkdir. Belə münasibət sizə pozitiv emosiyalar bəxş edəcək ciddi münasibətlərin təməlinə çevrilə bilər.




Paylaş:


Müəllif : Tarix:
20-02-2022, 00:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər