reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb - RƏSMİ

reklam

Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb - RƏSMİ


“Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur”.

Bu barədə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov açıqlama verib. 

Onun sözlərinə görə, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 921 nəfər idisə, 2020-ci ildə 33 788, ötən il isə bu göstərici 34 602 nəfər təşkil edib:

“Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların və yeniyetmələrin sayı kişilərə nisbətən dəfələrlə azdır. Statistikaya nəzər salsaq, görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.

Ötən il 4 789 nəfər, o cümlədən 4 530 nəfər dispanser, 259 nəfər isə profilaktik qeydiyyatdan çıxarılıb”.

O qeyd edib ki, narkotik istifadəçiləri arasında “şüşə”, “patı” adlanan kimyəvi adı metamfetamin olan narkotik maddə laborator şəraitdə heç bir təbii maddələrdən istifadə olmayan kimyəvi proseslər nəticəsində alınan maddədir:

“Onun orqanizmə təsiri ilk növbədə neyromediator olan dofaminin kəskin artması ilə əlaqəlidir. Bu narkotiki qəbul edən şəxsdə kəskin oyanıqlıq qeyd olunur: yorulmadan hərəkətdə olurlar, dayanmadan danışırlar, hərəkət aktivliyini cilovlaya bilmirlər. Narkotikin təsiri keçəndən sonra isə xəstələrdə süstlük, depressiv əhval-ruhiyyə (hətta suisidal fikirlərlə) qeyd olunur”.




Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 12:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər