“Yoluxandan sonra “buster” doza vurdursam da, “mall”a buraxmırdılar” - GİLEY
“COVID-19 keçirib sağaldığım üçün 6 aylıq immunitet sertifikatım var idi. O bitəndə vaksin olundum. Mənə bildirdilər ki, “Pfizer” vaksininin bir dozası kifayətdir və bu, “buster” doza sayılır. Buna baxmayaraq, “E-təbib” sistemində 1-ci doza peyvənd olunduğum yazılıb. Həmçinin, sertifikatın etibarlılığı müddətsizdir”. regionxeberlericom.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə vətəndaş A.Kazımova yazıb.
Şikayətçi iddia edir ki, bu səbəbdən ötən gün iri ticarət mərkəzlərinin birinə girişi zamanı problem yaşayıb: “Məni girişdə “birinci doza” yazılmasına görə saxladılar. Məsələni izah etdikdən sonra daxil olmama icazə verildi. Amma bilmirəm ki, “birinci doza” sözü səhv yazılıb, “buster” yazılmalı idi, yoxsa necə?!”
Məsələyə aydınlıq gətirmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin qərarına (https://its.gov.az/files/9/NK419.pdf) əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən istifadəyə verilmiş COVID Sertifikatı proqramında yenilənmə prosesi aparılıb. COVID-19 xəstəliyini keçirmiş, bununla bağlı PZR testinin nəticəsi pozitiv çıxmış və 6 aydan sonra 1 doza vaksin olunaraq rəsmi qeydiyyata düşmüş şəxslərin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır: “Habelə “Peyvənd sertifikatı” sənədində 1 (booster) yazılaraq müddətsiz olaraq uzadılır. Sertifikatın düzgün əks olunması üçün “E-təbib” mobil tətbiqində peyvənd sertifikatınıza daxil olub səhifənin sonunda qeyd edilmiş “Şəxsi məlumatları yenilə” düyməsini vurmaq lazımdır. Bu zaman peyvənd olunduğunuz tarixin yanında 1 (booster) sözü qeyd ediləcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-02-2022, 13:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər