reklam
Regionxeberlericom.az » Cəmiyyət » Novruzda qapanma olacaq? - Deputatdan açıqlama

reklam

Novruzda qapanma olacaq? - Deputatdan açıqlama















Bu günlərdə yoluxma sayında ciddi azalma müşahidə olunur. Yoluxanların sayı 7000-dən 1000-ə düşüb. Bu statistika əhali arasında müəyyən arxayınlıq yaradıb.

Qeyd edək ki, qarşıdan Novruz bayramı gəlir. Bu münasibətlə Bakıda bir çox ünvanda yarmarkalar təşkil olunub. Bununla yanaşı, Novruz bayramı münasibətilə 9 gün iş olmayacaq. Qohumlar, tanışlar bir-birini ziyarət edəcək, insanlar qonaq gedəcəklər.

Maraqlıdır, bu kimi amillər yoluxma sayına təsir edə bilərmi?

Novruz bayramı ərəfəsində hər hansı bir məhdudiyyətin tətbiq olunması gözlənilirmi?

Milli Məclisin deputatı, Əmək və sosial-siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Yenisabah.az-a açıqlamasında deyib ki, sağalanların sayı yoluxanları üstələyib:

“Bu günlərdə statistika insanları bir qədər sevindirdi. Yoluxma sayında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Digər tərəfdən də sağalanların sayı müsbətə doğrudur. Sağalanların sayındakı müsbət irəliləyiş hər birimizi sevindirir”.

Deputatın sözlərinə görə, Novruz bayramında sərt qadağaların tətbiqi gözlənilmir:

“Statistika belə davam edərsə, düşünmürəm ki, Novruz bayramı ərəfəsində sərt qadağalar tətbiq olunsun. Ümumiyyətlə bundan sonra ölkədə sərt qadağaların tətbiq olunacağını düşünmürəm. Ölkə əhalisinin 60 faizindən çoxu peyvəndlənib. Hətta 3-4 dəfə peyvənd qəbul edənlər də var. Vaxtilə xəstələnənlər də çox olub. Artıq bədəndə antitellər yaranıb. Ona görə də xəstəlik zəifləyib. Biz qlobal təhlükəni dəf etmək üzrəyik. Bu da hamımızın səyi, hökumətin kompleks tədbirləri nəticəsində mümkün oldu”.

M.İbrahimqızı qeyd edib ki, vətəndaşlar vaxtında peyvənd olunmasaydı, indi bu vəziyyət belə ürəkaçan olmazdı:

“Vətəndaşlar vaxtında peyvənd olunmasaydı, indi ölkəmizdə vəziyyət belə olmazdı. Bu da sözsüz ki, ictimaiyyətin hökumətin tətbiq etdiyi kompleks tədbirləri dəstəkləməsinin nəticəsidir. İlk gündən “biz birlikdə güclüyük şüarı” ilə hər kəs bu qlobal təhlükəyə qarşı birgə mübarizə apardı. Bundan sonra sərt qadağaların tətbiqinə inanmıram. Sadəcə olaraq insanlar peyvənd qəbul etməyibsə, peyvəndlənməlidir. Risk altında olanlar həkim məsləhəti ilə 4-cünü də qəbul etməlidirlər.

Sosial məsafə saxlanılmalı, maska taxılmalıdır. Bu kimi qızıl qaydalara əməl edilməlidir. İnanıram ki, qlobal təhlükə ilə tez bir zamanda vidalaşacağıq. Lakin yenə də birlikdə mübarizə aparmalıyıq”.




Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 15:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər