reklam
Regionxeberlericom.az » Cəmiyyət » Prokurorluq Göyçaydakı qətllə bağlı məlumat yaydı

reklam

Prokurorluq Göyçaydakı qətllə bağlı məlumat yaydı


















Fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.




Paylaş:


Müəllif : Tarix:
23-02-2022, 09:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər