reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ramiz Tatarovun cəzası azaldıldı

reklam

Ramiz Tatarovun cəzası azaldıldı


















Ağstafa rayonunun həbsdə vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun apellyasiya şikayətinə baxılıb.

RegionXəbərləri.com APA-ya istinadla xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ramiz Tatarova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə bəraət verilib. Bundan başqa, onun əmlaklarının bir qisminin üzərində olan həbs götürülüb.

Yekun olaraq Ramiz Tatarovun cəzası 3 ay azaldılıb. Onun üzərində qəti olaraq 8 il 3 ay cəza saxlanılıb.

Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.




Paylaş:


Müəllif : Tarix:
23-02-2022, 11:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər