reklam
Regionxeberlericom.az » Cəmiyyət » Operativ Qərargah Azərbaycanın “peyvənd pasportu”nu tanımır - BU NƏDİ BELƏ?

reklam

Operativ Qərargah Azərbaycanın “peyvənd pasportu”nu tanımır - BU NƏDİ BELƏ?
















Dünyada koronavirus pandemiyası ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib.

Sərhədlərin bağlanması da bu tədbirlərdəndir. Epidemioloji vəziyyətin yaxşılaşması ilə ölkələr bu məhdudiyyəti qismən aradan qaldırıblar. Bəzi ölkələr həm hava, həm də quru sərhədlərini ölkəsinə səyahət etmək istəyənlər üçün müəyyən şərtlərlə açıb.

Türkiyədə yeni qaydalara görə, ölkəyə gəlmək istəyən, “COVID-19 pasportu” olan şəxslərin əlavə xərc çəkib PCR testi verməsinə ehtiyac yoxdur. Belə ki, onların ölkəyə girişi üçün peyvənd olunduqlarına və ya son 6 ayda koronavirus xəstəliyini keçirdiklərinə dair rəsmi qurumlar tərəfindən verilmiş sənədi təqdim etmələri kifayətdir. PCR test tələbi həmçinin 6 yaşdan kiçik sərnişinlər və ticarət donanmasının dənizçilərinə də aid deyil. “COVID-19 pasportu” olmayan bütün əcnəbilər isə əvvəlki qaydada 72 saat əvvəl alınmış neqativ nəticəli PCR test və ya 48 saat ərzində alınmış neqativ nəticəli antitel test arayışı təqdim etməlidirlər.

Gürcüstana gəlincə, “COVID-19” pasportu olanlara bu ölkəyə girişdə güzəşt edilir. Belə ki, onların PCR testi təqdim etmələrinə ehtiyac yoxdur. Gürcüstana səfər qaydalarına görə, istənilən ölkədən gələn şəxslər sərhəd-buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin vurulmasını təsdiqləyən sənəd təqdim etdikləri təqdirdə bu ölkəyə daxil ola bilərlər. Lakin koronavirus əleyhinə peyvənd sertifikatı ingilis dilində olmalıdır.

Peyvənd olunmamış əcnəbilər isə Gürcüstana səfərdən 72 saat əvvəl keçirilmiş PCR testinin nəticəsini Gürcüstanın sərhəd buraxılış məntəqəsində təqdim etməlidirlər. PCR testinin arayışı ingilis dilində olmalıdır. 10 yaşdan aşağı olan sərnişinlər PCR testi olmadan Gürcüstana daxil ola bilərlər.

Operativ Qərargah Azərbaycanın quru sərhədlərinin açılması haqqında qərar qəbul etməsə də, bir çox ölkə vətəndaşlarının girişi üçün ötən ilin iyun ayında hava yollarının açılması haqqında qərar qəbul edib. Lakin ölkəmizə giriş qaydaları müzakirələrə səbəb olub. Azərbaycana giriş qaydalarına görə, Azərbaycan vətəndaşları, həmçinin Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə hava nəqliyyatı ilə ölkəyə daxil ola bilərlər. Azərbaycana gəlmək istəyən 1 yaşdan 18 yaşadək olan xarici vətəndaşların da uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi olmalıdır.

Maraqlı məqamdır ki, öz ölkənizdə tam peyvəndlənmiş və ya buster doza almış Azərbaycan vətəndaşları peyvəndi təsdiqləyən sənədlə başqa ölkələrə daxil ola bilirlər. Lakin ölkəmizə qayıtdıqda həmin “COVID-19 pasportu” öz əhəmiyyətini itirir və həmin şəxslərdən PCR testinin neqativ nəticəsi tələb olunur.

Bu qayda etirazlara səbəb olur. Sosial şəbəkə istifadəçiləri bunu Azərbaycanın özünün verdiyi “peyvənd pasportu”nu özünün tanımadığı kimi dəyərləndirirlər. Mövzu ilə bağlı Cebhe.info-ya danışan millət vəkili Fazil Musatafa deyib ki, vətəndaşın qarşısına qoyulan tələblər azaldılmalıdır:

“Hesab edirəm ki, bu məsələdə xarici ölkələrin təcrübəsinə üstünlük verməliyik, başqa yolumuz yoxdur. Digər ölkələr bu qaydaları necə sadələşdiriliblərsə, bizdə də elə etmək lazımdır. Azərbaycan vətəndaşını bu qədər uzaqda saxlamaq olmaz. Bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Qaydalar yüngülləşməli, tələb azalmalıdır”.




Paylaş:


Müəllif : Tarix:
26-02-2022, 09:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər