RUSİYANIN DAHA İKİ TƏYYARƏSİ, BİR HELİKOPTERİ VURULDU - 100-dən çox desant öldü
Ukraynanın Kiyev vilayətinin Vasilkov rayonu ərazisində Rusiya Silahlı Qüvvələrinə məxsus İL-76 təyyarəsi vurulub.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
Komandanlıqdan bildirilib ki, Belarus istiqamətində qalxdığı təxmin edilən təyyarədə 100-dən çox desantın olduğu ehtimal edilir. Öldürülən rus hərbçilərin sayı və kimliyi məyyənləşdirilir.
***
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın hərbi helikopterini və Su-25 hücum təyyarəsini vurub.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının feysbuk səhifəsində məlumat verilib.
Qeyd edilir ki, Rusiyanın hərbi helikopteri və Su-25 hücum təyyarəsi S-300 zenit-raket kompleksi ilə vurulub.
“Gecəyarı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə məxsus S-300 zenit-raket kompleksi Birləşmiş Qüvvələr əməliyyatı bölgəsində iki düşmən hədəfini - bir helikopteri və bir Su-25 hücum təyyarəsini vurdu. Yaşasın Ukrayna zenitçiləri”, - xəbərdə deyilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-02-2022, 10:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB