reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiyanın dövlət qurumlarının saytlarına kiberhücumlar olub

reklam

Rusiyanın dövlət qurumlarının saytlarına kiberhücumlar olub


















Kreml də daxil olmaqla Rusiyanın bir sıra dövlət qurumlarının saytlarına kiberhücumlar olub.

Həmçinin Ukraynanın telekommunikasiya agentliyi Rusiya telekanallarının sındırıldığını və orada Ukrayna dilində musiqilərin yayımlandığını açıqlayıb.

Məlumatda o da qeyd olunur ki, bu gün Rusiya Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Təhlükəsizlik Xidmətinin və Nazirlər Kabinetinin internet saytları günortadan sonra fəaliyyət göstərməyib.

Mənbə yazır ki, dövlət qurumlarının saytları bir müddət sonra fəaliyyətini bərpa etsə də, hökumətə yaxın media qurumlarının saytlarına daxil olmaq mümkün deyil.

Məlumat Rusiya rəsmiləri tərəfindən də təsdiqlənib.

Belə ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin saytına kiberhücumların olduğunu təsdiqləyib.

Vladimir Putinin sözçüsü Kremlin saytının tez-tez donduğunu etiraf edib.

Mənbə: Dailymail




Paylaş:


Müəllif : Tarix:
26-02-2022, 22:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər