reklam
Regionxeberlericom.az » Cəmiyyət » Abramoviç “Çelsi”ni təhvil verdi

reklam

Abramoviç “Çelsi”ni təhvil verdi

















Rusiyalı məşhur iş adamı, “Çelsi”nin sahibi Roman Abramoviç İngiltərə klubdakı idarəçiliyinə son qoyduğunu açıqlayıb.

“Təxminən 20 ildir ki, mən öz rolumu klubun qorunmasında, onun mümkün qədər uğurlu nəticələr əldə etməsində görürdüm. Mən həmişə klubun maraqlarına uyğun qərarlar vermişəm. Mən bu dəyərlərə sadiq qalıram.

Ona görə də bu gün klubun idarəçiliyini “Çelsi”nin Xeyriyyə Fondunun qəyyumlarına təhvil verirəm. İnanıram ki, onlar hazırda klubun, oyunçuların, heyətin və azarkeşlərin maraqlarını təmin etmək üçün ən yaxşı vəziyyətdədirlər”, - deyə iş adamı açıqlamasında bildirib.

Qeyd edək ki, Roman Abramoviç 2003-cü il iyulun 2-də 140 milyon funt sterlinq qarşılığında “Çelsi” futbol klubunun səhmlərinin 100%-ni əldə etmişdi.

Mənbə: chelseafc.com




Paylaş:


Müəllif : Tarix:
27-02-2022, 00:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər