Mediasiya xərclərinin büdcəyə ödənilməsi qaydası dəyişdi
Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası dəyişib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslər müəyyənləşib.
Onlara aşağıdakılar aiddir:
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslər.”.
Fiziki şəxsin bu Qaydadakı kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən sənədin surəti;
Fiziki şəxsin bu Qaydada qeyd edilən kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən sənəd onun müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
Fiziki şəxs həmin sənədi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında yaradılan elektron kabineti vasitəsilə və ya “DOST” mərkəzlərinə müraciət etməklə əldə edə biləcəklər.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-02-2022, 20:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər