Ruslar hərbi texnikaları niyə “Z” ilə işarələyirlər? - SƏBƏB
Rusiya ordusu Ukraynaya hücum etdikdən sonra insanların diqqətini çəkən məqamlardan biri də tank və digər zirehli maşınların üzərinə latınca "Z" hərfinin yazılmasıdır.
Bu hərflər qoşunların hansı hərbi dairəyə aid olduğunu göstərir.
Bildirilir ki, Rusiyada bir neçə hərbi dairə var. Bunlardan biri də Qərb Hərbi Dairəsi (Западный военный округ) adlanır. Bu sözün abbreviaturası ЗВО və ya latın hərflərindəki ZVO kimi oxunur. Bu səbəbdən Qərb Hərbi Dairəsinin texnikası "Z" hərfi ilə qeyd olunur.
Şərq Hərbi Dairəsi (Восточный военный округ) isə ВВО və ya latın hərflərindəki VVO kimi oxunur. Üzərində “V” yazılan hərbi texnika da Şərq Hərbi Dairəsinə aiddir.
Cənub Hərbi Dairəsinin şevronlarında ən çox dağlar var. Dağ simvolik olaraq üçbucaqla təmsil olunur. Üçbucaqla işarələnmiş texnika Cənub Hərbi Dairəsinə aiddir.
Eyni zamanda bildirilir ki, üzərində “A” yazılan texnika xüsusi təyinatlı qüvvələri, “O” yazılan Belarusdan gələn əsgərləri, “X” yazılan isə Çeçenistandan gələn hərbçiləri tanıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-03-2022, 10:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər