Şəhid adından sui-istifadə edərək qanunsuz tikintiyə cəhd edirlər - Abşeron RİH (FOTO)
Şəhid ailələri, qazilər və ümumilikdə Vətən Müharibəsi iştirakçıları respublikamızın hər bir yerində olduğu kimi Abşeron rayonunda da dövlətin daimi qayğısı ilə əhatə olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu qəbildən olan insanlarla mütəmadi olaraq görüşlər keçirib, problemləri və qayğıları ilə maraqlanıb, onlar tərəfindən qaldırılan sosial məsələlərin həlli istiqamətində əməli tədbirlər həyata keçirilib və lazımi dəstək göstərilib.
Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq cari ilin fevral ayı ərzində RİH və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə 23 şəhid ailəsi, 31 qazi və 11 Vətən Müharibəsi iştirakçısı ilə görüş keçirilib, 9 şəhidin mövludu günündə məzarları ziyarət olunub, 4 şəhid övladının da doğum günündə iştirak edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi qazilərinin və veteranlarının yerlərdə işlə təmin olunması məqsədi ilə rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla çoxsaylı görüşlər keçirib, bu kateqoriyadan olan sakinlərimizin bir qisminin işə cəlb edilməsinə nail olunub. Hazırda da bu istiqamətində həyata keçirilən işlər davam etdirilməkdədir.
Bütün bunlara baxmayaraq, bəzi vətəndaşlar şəhid ailələri və qazilərin adından sui-istifadə edərək kənd təsərrüfatı təyinatlı torpaqlarda, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında, eləcə də qanunla qadağan olunmuş digər ərazilərdə tikinti işləri aparmağa cəhdlər edirlər.
Buna misal olaraq son günlər Laçın rayon qeydiyyatında olan 1986-ci il təvəllüdlü Hünbətov Emin İsrəfil oğlu Vətən Müharibəsi iştirakçısı olmasından sui-istifadə edərək qanunsuz addımlarını göstərmək olar. Belə ki, E.Hünbətov Ceyranbatan qəsəbəsi ilə Sumqayıt şəhərinin sərhədində, Bakı-Quba yolunun sağ və sol tərəflərində 2 (iki) ədəd dəmir konstruksiyalı köşk quraşdıraraq ticarət fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, bir müddət əvvəl Bakı-Quba yolunun sağ tərəfində Ceyranbatan qəsəbəsinin ərazisində beynəlxalq əhəmiyyətli avtomobil yolunun mühafizə zonasında heç bir icazə sənədi olmadan qanunsuz olaraq özü üçün əlavə bir ədəd köşk də quraşdırıb. Beynəlxalq əhəmiyyətli yolun kənarında hər hansı köşkün quraşdırılmasının yolverilməz olduğu bildirilsə də E.Hünbətov bununla razılaşmayıb, RİH əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, özünü yandırmaqla təhdid edərək qanunsuz köşkün götürülməsinə mane olub. Üstəlik, əksəriyyəti qadın olmaqla, 30-a yaxın ailə üzvünü və özünün qanunsuz əməlinə alət etdiyi eyni sayda müharibə iştirakçılarını əraziyə toplayaraq təxribat xarakterli hərəkətlər etmiş və magistral yolda avtomobillərin və vətəndaşların sərbəst hərəkətinin qarşısını almağa çalışmışdır. Onunla dəfələrlə fərdi olaraq aparılan profilaktik söhbətlər isə nəticəsiz qalıb.
Abşeron Rayon İcra Hakimiyyəti bir daha bildirir ki, bu kimi qanunazidd halların qarşısı qətiyyətlə alınacaqdır. Eləcə də rayon ərazisində yaşayan şəhid ailələri və qazilərə bundan sonra da daimi olaraq diqqət və qayğı göstəriləcəkdir, onların müraciətlərinin və problemlərinin qanun çərçivəsində həlli istiqamətində işlər davam etdiriləcəkdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-03-2022, 20:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər