"Düşmən kütləvi şəkildə silahlarını atır, təslim olur" - Rusiya kursantlartı döyüşə göndərir
Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç bu gün keçirdiyi brifinqdə bildirib ki, ukraynalıların müqaviməti nəticəsində Rusiya hərbçiləri arasında demoralizasiya səviyyəsi artır.
"Düşmən kütləvi şəkildə silahlarını atır, təslim olur və ya Belarus, Rusiya sərhədlərinə doğru qaçır. Ukrayna hərbi rəhbərliiyi isə işğalçılara qarşı müqaviməti uğurla davam etdirir", - deyə o vurğualyıb
Aretoviçin sözlərinə görə, ruslar hətta hərbi məktəblərin kursantlarını döyüşə atırlar: "Xüsusilə, bu cür məlumat ikinci kurs kursantlarının Ukrayna ilə müharibəyə atıldığı Serpuxov hərbi məktəbindən gəlir. Bu isə hərbi komandanlıq nöqteyi-nəzərindən fəlakət deməkdir. Çünki kursantlara adətən son ana qədər toxunulmur, hərbi əməliyyatlara cəlb edilmir. Belarus ordusunu cəlb etmək cəhdlərini də buna aid etmək olar. Amma hələlik bu barədə rəsmi məlumat yoxdur. Belarus ordusunun Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirakı barədə siqnallar gəlir”.
Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin martın 2-də açıqladığı məlumata görə, işğalçıların itkiləri 5840 nəfərdən çoxdur. Həmçinin Rusiyanın 211 tank, 862 ədəd zirehli döyüş maşını da sıradan çıxarılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-03-2022, 21:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər