reklam
Regionxeberlericom.az » Cəmiyyət » Yastığıınızı neçə vaxtdan bir dəyişməlisiz? - Alimlər

reklam

Yastığıınızı neçə vaxtdan bir dəyişməlisiz? - Alimlər
















Çox köhnə, yıpranmış və istifadə olunmuş yastıq sağlamlıq üçün zərərlidir.

Alimlər yastığın dəyişilmə vaxtını açıqlayıb.

Əgər siz yaxşı yata bilmirsizsə, başınız ağrıyırsa, boyunda problem varsa, yuxudan əzgin, yorğun oyanırsızsa, çox güman ki, yastığınızı dəyişmək vaxtıdır.

Yastığı ildə 2 dəfə dəyişmək lazımdır. Əks halda yastıq deformasiyaya uğramaqdan əlavə, çox sayda toz gənəsi, göbələk və kəpək yuvası olacaq. Bu isə baş dərisindən daxilə keçib qanı zəhərləyir.

Yastığı dəyişməyin vaxtını bilmək üçün test:

Yastığı 2 qatlayıb, üstündən bərk basın, sanki bütün havasını çıxarırsız, sonra buraxın. Əgər yastıq əvvəlki kimi şux formasını alsa, deməli, hələ zərərli deyil.

Əgər yastıq əzik, basıq qalsa, deməli, funksional keyfiyyətini itirib.

Boyun, bel, baş ağrısı olanlar ortopedik yastıq almalı, onu təlimatından asılı olaraq 2 ildən bir dəyişməlidir.

Yastığı neçə vaxtdan bir yumaq lazımdır?

İnsan günün 8-9 saatını fasiləsiz yastıqda keçirdiyi üçün orda dəri, saç, kəpək, ölü hüceyrə, toz yığılır.

Bütün bunlar baş dərisi, üzdə, boğazda problemlər yarada bilər. Ona görə 3 aydan bir yastığı ya yumalı, ya da kimyəvi təmizləməyə vermək lazımdır.

Yastıqlara xüsusi antiallergen müdafiə üzlüyü keçirin, üzlük 1 aydan bir yuyulmalıdır. Bu sizin dərinizi toz gənəsi ilə birbaşa kontaktdan qoruya bilər, həm də yastığın ömrünü uzadır.





Paylaş:


Müəllif : Tarix:
3-03-2022, 10:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər