PREZİDENT İDARƏ RƏİSİNİ İŞDƏN AZAD ETDİ - Deputata vəzifə verdi + DOSYE (Yenilənib)
Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin imzaladığı digər sərəncamla Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Şahin Seyidzadə Milli Məclisin deputatıdır.
Xatırladaq ki, Şahin Kamil oğlu Seyidzadə 15 aprel 1978-ci ildə Bakıda anadan olub.
1999–2005-ci illərdə "Milli Debat Mərkəzi"nin direktoru olub.
2005–2007-ci illərdə "İnsan Resursları Məktəbi"nin rəhbəri işləyib.
2006–2012-cı illərdə bir sıra özəl müəssisələrin rəhbərlik vəzifələrində çalışıb.
2012–2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olub.
2012–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərib.
2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları"nın İcra Komitəsinə rəhbərlik edib.
2019-cu ildən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası "Gənc sahibkarlarla iş komissiyası"nın sədr müavinidir.
2019-cu ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sosial layihələr" müsabiqəsinin rəhbəridir.
9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış millət vəkili seçilib.
Azərbaycan Respublikasının Milli Məclisinin Elm və Təhsil, həmçinin Gənclər və idman Komitələrinin, "Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi Qrupunun, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvüdür.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-03-2022, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər