reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiyada dollar tapılmır... - "Mərkəzi Bank ölkədən valyuta çıxışını nəzarətə götürməlidir"

reklam

Rusiyada dollar tapılmır... - "Mərkəzi Bank ölkədən valyuta çıxışını nəzarətə götürməlidir"












"Qərbin sanksiyalarından sonra rəsmi Moskva bütün vasitələr ilə ölkədən valyuta axınının qarşısını almağa çalışır. Bununla belə, Moskva birjasının artıq 4-cü gün bağlı qalması Rusiya Mərkəzi Bankının sanksiyaların təsirlərinin azadılması üçün hələlik strategiyasını tam müəyyənləşdirmədiyindən xəbər verir".

Bu barədə iqtisadçı, deputat Vüqar Bayramov Qərbin tətbiq etdiyi ağır sanksiyaların Rusiya iqtisadiyyatına mümkün təsirlərini şərh edərkən bildirib. Onun sözlərinə görə, Moskvada birjanın fəaliyyətinin bərpasınını rublun rəsmi məzənnəsinin daha da ucuzlaşdırmasına və səhm bazarında ciddi silkələnməsinə səbəb olacağından ehtiyatlanırlar.

"Reallıqda isə, rəsmi məzənnəyə rəğmən rublun "qara bazar"da daha dəyərsizləşməsi müşahidə olunur. Belə görsənir ki, müharibə davam edəcəyi halda rubl daha da ucuzlaşacaq", - iqtisadçı vurğulayıb.

Millət vəkili xatırladır ki, bu gün “Reuters” agentliyi Rusiya Mərkəzi Bankının xarici valyuta alışına 30 faizlik kommisiya haqqı tətbiq etməsi barədə xəbər yayıb: "Agentlik requlatorun banklara bu barədə məktub göndərdiyini bildirib. Bununla, Mərkəzi Bank Rusiyada dollara olan tələbi müəyyən qədər azaltmağa çalışsa da, digər tərəfdən artıq "qara bazar"da rubl xarici valyutalara qarşı daha da ucuzlaşır. Dünəndən isə Rusiyada nağd formada 10 min dollardan artıq valyuta çıxarmaq qadağan edilib. Sanksiyaların güclənəcəyi halda bu rəqəm daha da kiçilə bilər. Görünən odur ki, Rusiya hökuməti indiki halda inzibati metodlar ilə ölkədən valyuta çıxışını minimumlaşdırmağa çalışır".

Vüqar Bayramov hesab edir ki, Rusiyada müşahidə edilən valyuta qıtlığı və dollara artan tələb fonunda Azərbaycan Mərkəzi Bankının da qabaqlayıcı tədbirlər görməsi vacibdir: "3 milyard dollara yaxın xarici ticarət dövriyyəmiz olan Rusiyaya illik ixracatımız 800 milyon dollardır. Əvvəlki illərdə fermerlər və eləcə də bir sıra sahibkarlar rubl ilə ödənişlərə üstünlük verirdilər və daha sonra o vəsaitləri dollara konvertasiya edirdilər. Rusiyada dollar qıtlığının dərinləşməsi riskləri yüksək olduğu üçün Azərbaycan Mərkəzi Bankı da requlativ mövqeyindən istifadə edərək ölkədən dollar çıxışının optimallaşdırılmasını daha da tənzimləməlidir. Neftin qiymətinin yüksək olması ölkəyə daha çox dolların daxil olmasına imkan yaratsa da belə regiondakı son dəyişikliklər fonunda xarici valyutanın ölkədən axınına imkan verilməməsi daha da aktuallaşıb".




Paylaş:


Müəllif : Tarix:
3-03-2022, 14:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər