Ermənistanın yeni prezidenti Ter-Petrosyanın müşaviri olub - DOSYE
Xəbər verdiyimiz kimi, Vaaqn Xaçatryan Ermənistanın yeni prezidenti seçilib. Parlamentin 71 deputatı onun namizədliyinin lehinə səs verib.
Vaaqn Xaçatryanın dosyesini təqdim edirik:
Vaaqn Qarnik oğlu Xaçatryan 22 aprel 1959-cu ildə Ermənistan SSR-nin Sisian rayonunda anadan olub.
1976-cı ildə İrəvan şəhər 118 nömrəli orta məktəbi qızıl medalla, 1976-1980-ci illərdə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.
1980-1982-ci illərdə SSRİ Ordusu sıralarında xidmət edib.
1982-1992-ci illərdə İrəvan Xalq Təsərrüfatı İnstitutunda elmi-pedaqoji fəaliyyət göstərmiş, 1982-1990-cı illərdə “Hrazdanmekena” İstehsalat Birliyində iqtisadçı, iqtisadi tədqiqatlar laboratoriyasının müdiri, 1990-1992-ci illərdə “Mars” İstehsalat Birliyinin şöbə müdiri, baş direktorun müavini olub.
1990-1995-ci illərdə İrəvan Şəhər Sovetinin deputatı, 1992-ci il dekabrın 22-dən 1996-cı il fevralın 22-dək İrəvan Şəhər Sovetinin icraiyyə komitəsinin sədri, İrəvan şəhərinin meri olub.
1995-1999-cu illərdə Ermənistan Milli Məclisinin deputatı seçilmiş, MM-in maliyyə-kredit, büdcə və iqtisadi məsələlər üzrə daimi komissiyasının üzvü, “Respublika” fraksiyasının üzvü olub.
1996-1998-ci illərdə Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri olub.
2000-ci ildə “Kök Demokratiya - Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzi”nin, 2006-cı ildən isə “Alternativ” ictimai-siyasi təşəbbüsünün təsisçi üzvü olub.
2008-2013-cü illərdə “Erməni Milli Konqresi” partiyasının “Malatiya regional quruluşu”nun rəhbəri, eyni zamanda partiyanın iqtisadi komitəsinin üzvü olub.
2019-2021-ci illərdə “Armeconombank” ASC-nin idarə heyətinin üzvü olub.
2021-ci il avqustun 4-də Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi və Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı ilə o, Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi naziri təyin edilib.
Elmi, peşəkar məqalələrin, liberal iqtisadi, siyasi kitabların və nəşrlərin tərcümələrinin müəllifidir.
Ailəlidir, 2 övladı var.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-03-2022, 15:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər