reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ukrayna öz gəmisini batırdı - Rusların əlinə keçməməsi üçün

reklam

Ukrayna öz gəmisini batırdı - Rusların əlinə keçməməsi üçün












Ukrayna hərbi dəniz qüvvələrinə aid “Getman Saqaydaçnıy” freqatı batırılıb. 

Bu barədə Ukraynanın Müdafiə naziri Aleksey Reznikov özünün “facebook” səhifəsində məlumat paylaşıb.

Nazir yazıb ki, gəminin batırılmasında məqsəd onun işğalçıların əlinə keçməsinə imkan verməmək olub. Belə ki, sözügedən freqat əsaslı təmirdə olub və müharibə başlayana qədər təmir işlərini yekunlaşdırmaq mümkün olmayıb. 

Bu səbəbdən Ukrayna tərəfi gəminin Rusiya işğalçıları tərəfindən ələ keçirilməsi və Ukraynaya qarşı təxribat məqsədilə istifadə edilməsi ehtimalının qarşısını almalı olub. Məlumatda deyilir ki, freqatın heyəti Ukraynanın işğalçılardan müdafiəsində iştirak etməkdədir.




Paylaş:


Müəllif : Tarix:
4-03-2022, 12:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər