reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kimdə bu 5 əlamət varsa, 100 yaşa çata bilər - SİYAHI

reklam

Kimdə bu 5 əlamət varsa, 100 yaşa çata bilər - SİYAHI






















Çox insan uzun ömür yaşamaq istəyir. Amma etiraf edək ki, elə çoxumuz orqanizmimizin bu qədər ömrə uyğun olmadığını bilirik.


Medicina.az xəbər verir ki, alimlər bir insanın 100 il yaşama şansını göstərən 7 əlaməti tapıblar. Əgər sizdə bunlar varsa, deməli, 100-ə çata bilərsiz.


1. Normal çəki və piysiz qaraciyər

Yaşlandıqca insana bir qədər yağ, piy lazım olur. Amma alimlər bədən çəkisi indeksi normaya yaxın və boyuna uyğun insanların 90 yaşa kimi çatmasını təsdiqləyib.

Eləcə də ürək və qaraciyərdə piy toplanması ürək xəstəliklərini artırır. Ona görə daxili orqanların piylənməsinə yol vermək olmaz və mütəmadi yoxlanmalıdır.

2. Sürətli gəzmək

Tez-tez, sürətli və çox gəzənlər daha çox yaşayacaq, nəinki evdə, işdə əyləşənlər. Eləcə maşın sükanı arxasında çox olanlarda erkən ürək əlamətləri görülür.

3. Meyvə, səbzə, tərəvəz çox yemək

Hətta ət yeməyinin yanında da göyərti, salat, tərəvəz yeyənlər daha sağlam və uzunömürlü olur.

4. Zəhmətkeşlik, fiziki əmək

İnsanın ömrü onun nə qədər məşğul olmasından asılıdır. Sutkanın böyük hissəsini hansısa işlə məşğul olan, vaxtı olmayan, məqsədyönlü, aktiv, işsiz dayana bilməyənlərin daha çox yaşaması və keçən illərin fərqində olmadığı sübut olunub. Ətalət halında insan daha çox özünə qapılır, evdən çıxmağa ərinir və məqsədsiz yaşadığı üçün həyat ona mənasız gəlir.

5. Yaxşı yuxu və xoş əhval

Sadə bir hadisəyə sevinən, xırda detallardan xoşbəxt olan, dostluğa meyilli, eləcə də sutkalıq gecə yuxusu 7 saat olan insanlar da 100-ə çata bilər. Ümumiyyətlə, yaşlı vaxtı 30 dəqiqəlik gündüz yuxusu da vacibdir. Bu zaman beyin neyronları təmizlənir, aktivləşir və lazımi hormonlar sintez olunur.






Paylaş:


Müəllif : Tarix:
4-03-2022, 17:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər