Qadınlar kişilərə nisbətən daha çox işləyir - RƏSMİ
“Son 10 ildə görülən işlər, tədqiqatlar göstərir ki, qadınlar sutka ərzində ən azı 5 saat, kişilər isə iki saat ödənişi olmayan əməklə məşğuldur”.
Bunu “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda konfransında deyib.
O bildirib ki, BMT-nin Avropa İqtisadi Komissiyasının araşdırmasına görə Azərbaycanda qadınlar gündəlik ödənişi əməklə 1,73 saat, ödənişsiz əməklə 6,1 saat (7,83) məşğul olur. Halbuki bu rəqəmələr kişilərdə müvafiq olaraq 4,77 saat və 2,13 saatdır (6,90).
Beləliklə qadınlar kişilərə nisbətən 1 saata yaxın çox işləyir (0,93).
S.Məmmədov Qadın əməyinin qadağan olduğu işlərin və iş yerlərinin sayının azaldılması “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” qərarında 500 dən çox iş və peşədə qadınların işləməsi qadağan olduğunu qeyd edib:
"Bu reproduktiv sağlamlığın qorunması naminə edilir. Amma qlobal təzyiq artıq bu siyasəti dəyişməyi zəruri edib. Hazırda belə iş yerlərinin məhdudlaşdırılması nəzərdə tutulur. Təxminən bu rəqəmin 70-ə qədər endirilməsi və qadınların əmək bazarında fəaliyyətinin genişləndirilməsinə şərait yaradılacağı gözlənilir. Bununla bağlı bir çox təkliflər irəli sürmüşük”.
Əmək qanunvericiliyində qadınlara təxminən 27 növ güzəşt və ya imtiyazlar nəzərdə tutulduğunu qeyd edən S.Məmmədov onların əhəmiyyətli hissəsinin xərc tutumlu və ya işəgötürənin dolayı xərcə düşməsinə gətirib çıxardığını deyib:
“Bununla belə qeyd edim ki, məşğul qadınların xeyli hissəsi bu imtiyaz və güzəştlərdən bəhrələnə bilmir. Bunun bir neçə səbəbi var.
Birincisi qeyri-formal məşğulluqdur (QFM) zamanı qadınlar nəinki bu imtiyaz və güzəştlərdən istifadə edə bilmir, hətta onların əmək qanunvericiliyi ilə müəyyən edilən elementar hüquqları da təmin olunmur. İkinci səbəb imtiyaz və güzəşt xərclərinin əksəriyyətinin işəgötürənin üzərində olmasıdır.
İlk təklifim budur ki, əmək qanunvericiliyində qadınlar üçün nəzərdə tutulan imtiyaz və güzəştlərin təsnifatladırlması və ya təkmilləşdirməsi zərurəti var. İkincisi isə bu güzəşt və imtiyazlar üçün nəzərdə tutulan bütün xərclər işəgötürənin üzərində qala bilməz. Bunun bir hissəsi dövlətin və ya dövlət tərəfindən yaradılan xüsusi fondların üzərinə keçiriliməlidir. Əks halda qadınlara qarşı gizli diskriminasiya davam edəcəkdir”.
“Azərbaycanda çalışan 5 milyon insandan 3 milyonu əmək müqaviləsi olmadan işləyir. Bu 3 milyonun cins tərkibi bəlli deyil və ya dəqiq bəlli deyil.
Azərbaycan az ölkələrdəndir ki, qadınlara hamiləlik dövründə 126 gün tam ödənişli məzuniyyət veririk. Azərbaycanda xanımları əmək bazarına cəlb edəcək üçün yeni mexanizmlərin hazırlanmasına diqqət etmək lazımdır”, - deyə qeyd edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-03-2022, 18:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər