reklam
Regionxeberlericom.az » Cəmiyyət » Baltik Dənizi Dövlətləri Şurası Rusiyanı təşkilatdan çıxarıb, Belarusu cəzalandırıb

reklam

Baltik Dənizi Dövlətləri Şurası Rusiyanı təşkilatdan çıxarıb, Belarusu cəzalandırıb

















Baltik Dənizi Dövlətləri Şurasının üzvləri yekdilliklə Rusiyanın təşkilatın işində sonrakı iştirakdan kənarlaşdırılması barədə qərar qəbul ediblər.

Bu barədə “Report” Norveç hökumətinin saytına istinadən xəbər verir.

“Biz - təşkilatın digər 11 üzvü Rusiya ilə Şura çərçivəsində əməkdaşlığı dəstəkləməyi artıq mümkün hesab etmədiyimiz zaman Rusiyanın yaratdığı vəziyyət dərin təəssüf hissi doğurur”, - Norveçin xarici işlər naziri Anniken Quitfeldt deyib.

O, qeyd edib ki, rəsmi Moskva beynəlxalq hüquqa əməl etməyə başlayana qədər Rusiya təşkilat daxilində ünsiyyətdən kənarda qalacaq. Müşahidəçi ölkə statusuna malik olan Belarus da cəzalandırılıb. Gələcəkdə onunla əməkdaşlıq etməyəcəklər.

Xatırladaq ki, Baltik Dənizi Dövlətləri Şurası 1992-ci ilin martında Kopenhagendə yaradılıb. Ukrayna təşkilatda müşahidəçi ölkə statusuna malikdir.




Paylaş:


Müəllif : Tarix:
5-03-2022, 09:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər