reklam
Regionxeberlericom.az » Cəmiyyət » Saxta geyimlər satan “Lady Sharm” yenidən fəaliyyətə başladı

reklam

Saxta geyimlər satan “Lady Sharm” yenidən fəaliyyətə başladı


Bir neçə ay əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb olunan məşhur “Lady Sharm” mağazası yenidən ölkə bazarına ayaq açıb.

regionxeberlericom.az Gununsesi.org-a istinadən xəbər verir ki, bir neçə ay fəaliyyəti dayandırılan, rəhbərliyi mütəşəkkil dəstə üzvü kimi həbs edilən “Lady Sharm” yenidən əvvəlki reklamına başlayıb.

Belə ki, son zamanlar isə dövlət televiyasının səhər proqramının aparıcı Səidə Şəfiyeva və ATV-nin tanınmış siması Günay Baxşəliyeva bu mağazanın geyimlərini efirdə istifadə edərək, həm də onları sosial şəbəkələrdə təbliğ edirlər.

Bəs görəsən, “”Lady Sharm”ın həbs olunan rəhbərliyinin taleyi necə olub? Bu mağazalar şəbəkəsi hansı əsaslarla yenidən bazarlara daxil olub?

Bu suala aydınlıq gətirmək üçün mağazalar şəbəkəsinin ofisindən suala heç kim cavab vernəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə isə məsələni araşdıracağını, əlavə məlumat verəcəyini deyib.

Bir daha xatırladaq ki, dünyanın məşhur brendlərinin adı ilə saxta geymlərlər satan, həmçinin, külli miqdarda pul dövriyyəsini büdcədən gizlətdiyi üçün “Lady Sharm”ın rəhbərliyi mütəşəkkil cinayətkar dəstə kimi həbs olunmuşdu.

Bununla bağlı DİN-nin rəsmi məlumatında deyilirdi ki, “Lady Sharm” rəhbərliyinin bu əməllərinin üstü “Bandotdel”ə daxil olan çoxsaylı şikayətlərin araşdırılmasından sonra açılıb.

Belə ki, Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxtda və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldadılması halları aşkarlanıb. Nəticədə həmin şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, şirkətin baş mühasibi Ziyarət Abbasov, məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa cəlb ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, həmin mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Christian Dior”, “Itterre” və digər məşhur brendlərin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. “Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz-dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkarlanıb. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıq götürülüb və dövriyyədən çıxarılıb.

Araşdırmalarla, həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in Italy” nişanlarının tikildiyi məlum olub.

Şirkətin anbarlarına baxış zamanı “Lady Sharm”ın “qara mühasibatlığ”ın aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” şirkətinin bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.

Faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
4-07-2019, 11:07
Sikayət   


loading...
Загрузка...