Əməkdar artist Mətanət İsgəndərli atasını itirəndən sonra ilk dəfə efirə çıxıb.
Müğənni "Elgizlə izlə" proqramına qatılıb. Mahnı oxuyarkən göz yaşlarını saxlaya bilməyən İsgəndərli atasından danışıb:
"Atalı günlərim... Atanın yaşı olmur. Elə bilirəm ki, körpə uşağam, atamı itirmişəm. Şəhid analarının qarşısında utanıram ağlamağa, övlad itkisindən böyük dərd ola bilməz. Amma atanı itirmək də... Atam o qədər saf, təmiz, zəhmətkeş adam idi. Onun qabarıq əllərinə, yatdığı torpağa qurban olum. Elə bilirəm dünyam boşalıb.
Özümə söz vermişdim ağlamayacam, amma dayana bilmədim. Elə bilirəm indi arxam yoxdur, mənimlə bir qalırdı. Mənim üçün çox çətin oldu. Moskvaya gedirdim, qolum da sınmışdı. Toy var idi, bilirdim ki, daha anamı görməyəcəm. Deyirdim, gedim sonuncu dəfə onu görüm, istəmirdim atamı tabutda görüm. Deyirdim, atamın ölməyini görsəm.. Elə bilirəm haradasa gizlənib indi çıxacaq. Yaxşı ki, elə oldu. Görüşdüm, dedim, gedirəm, qayıdanda gələrsən bizə. Moskvada toyu oxudum, zəng gəldi ki, vəfat edib. Bacıma deyirəm ki, Təranə, Allah səsimi eşitdi, dua edirdim onu tabutda görməyim. Gəldik gördük atam dəfn edilib. 78 yaşında rəhmətə getdi. Papağını götürüb iyləyirəm ki, ata, yanına gələcəm, amma gec. Bu dünyada görəcək işlərim var".