Əsir götürülən ruslarla bağlı saytı yaradıldı
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ofisinin mütəxəssisləri Rusiya Federasiyası silahlı qüvvələrinin hərbi əsirləri haqqında məlumat verən “Occupant” (işğalçı) saytını hazırlayıblar.
Bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidməti məlumat yayıb.
““Occupant” saytı 2022-ci il fevralın 24-dən etibarən Ukrayna ərazisini işğal etmiş Rusiya Federasiyası silahlı qüvvələrinin hərbi əsirləri haqqında məlumat verən informasiya resursudur”, - məlumatda deyilir.
Portaldan məhbusların vəziyyəti və harada olması barədə məlumat almaq üçün Rusiya vətəndaşları, xüsusən də əsgər ailələri və ya onların tanışları istifadə edə biləcək. Portalın xidmətlərindən istifadə edərək rusiyalı hərbi əsirlərin yaxınları Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri ilə əlaqə saxlaya biləcəklər.
“Biz vurğulayırıq ki, Rusiya hərbçilərinə Əsirlərlə rəftar haqqında Konvensiyaya (Cenevrə Konvensiyası) uyğun rəftar edilir, xüsusən də onlar yeməklə, geyimlə, müalicə ilə təmin olunurlar, normal şəraitdə saxlanılırlar”, - deyə departament əlavə edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Ukrayna rus hərbi əsirləri üçün tam hüquqlu düşərgələr yaradacaq, çünki onların sayı yüzlərlədir.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-03-2022, 12:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər