Şəhid qardaşı ölkə rəhbərliyindən kömək istəyir
RegionXəbərləri.com-un elektron poçtuna Şəki rayonu Göybulaq kənd sakini 1-ci Qarabağ müharibəsində şəhid olmuş Valeh Süleymanovun qardaşı Süleymanov Fərrux Abdulrahman oğlu tərəfindən şikayət məktubu daxil olub.Narazı vətəndaş mətbuat vasitəsi ölkə rəhbərliyinə müraciət edir.
"Sizə bildirmək istəyirəm ki, yaşadığımız Şəki rayonu Göybulaq kəndində naxır növbələmə əsasında həyata keçirilməkdədir. 19 noyabr 2020-ci tarixdə kənd məktəbinin direktoru Məhəmməd Əyyubov öz naxır növbəsini kənd sakini Qeybullayev Təmraz Kamal oğluna həvalə edir. Təmraz isə uşaqlıqdan atasız böyümüş, eyni zamanda əqli və dil qüsuru vardır. Məhz ona görə də Təmrazın xahişi ilə həmin gün günortadan sonra mən təmənnasız olaraq ona köməklik göstərməyə getdim. Lakin, naxıra cavabdeh şəxs Təmraz idi. Naxır əsnasında heyvanlardan biri ölür, digərini isə avtomobil vurur.
Bundan sonra Şəki rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2 (075)-685/2021 saylı qətnaməsinə əsasən cavabdeh Əyyubov Məhəmməd İslamoviçdən dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul alınaraq iddiaçı Musayev Elburus Əjdər oğluna, həmçinin Şəki rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2 (075)-669/2021 saylı qətnaməsinə əsasən cavabdeh Əyyubov Məhəmməd İslamoviçdən dəymiş maddi zərərin əvəzi olaraq 1300 manatın alınaraq iddiaçı Çərkəzov Namiq Nadir oğluna verilməsi barədə qərar qəbul edilir.
Əyyubov Məhəmməd İslamoviç isə bu dəfə Şəki rayon Məhkəməsinə müraciət edərək daha öncə cavabdeh şəxs kimi iddiaçılara və dövlət büdcəsinə ödəmiş olduğu, ümumilikdə 2360 (iki min üç yüz altmış) manat məbləğində pulu məndən tələb etdi. Şəki rayon Məhkəməsinin hakimi Cahid İmanovun sədrliyi ilə keçirilən məhkəmənin 2(075)-2408/2021 nömrəli, 10.12.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Əyyubov Məhəmməd İslamoviçin şikayəti təmin edildi. Əslində isə Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinə əsasən "qanunla müəyyən edilmiş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir". Lakin, mən məhkəmə zalında hüquqlarımı müdafiə edəcək vəkildən məhrum edildim. Hakim Cahid İmanov məndən yüksək nüfuza malik olan Məhəmməd Əyyubova xüsusi münasibət bəsləyərək, təqsirli olduğumu sübuta yetirən faktlar olmadan məni təqsirli hesab etdi.
Heç şübhəsiz ki, hakim Cahid İmanovun verdiyi qərar dəyişən səbəblərə görə qərəzlidir və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsində qeyd edilmiş "vəzifə səlahiyyətlərindən sui-istifadə" hallarına yol vermişdir.
Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, həmin gün naxıra cavabdehliyi mən deyil, Qeyrullayev Təmraz Kamal oğlu götürmüş, sadəcə olaraq o, əqli qüsurlu olduğu üçün direktor Məhəmməd Əyyubov məkirli plan əsasında məni məhkəməyə verdi. Əslində isə o, mənimlə daha öncədən şəxsi ədavət aparırdı. Belə ki, mən Əyyubov Məhəmməd İslamoviçin rəhbərlik etdiyi Göybulaq kənd orta məktəbində gecə gözətçisi (mühafizəçi) işləyirəm. İş növbəm gecə saatları boyu olmasına baxmayaraq direktor Əyyubov Məhəmməd İslamoviç məni gündüzlər də işləməyə məcbur edir. O, məni gündüz növbəsində adı gedib, özü isə işə gəlməyən şəxsin yerinə işlədir. "Mən öz növbəmdən əlavə işə gəlməyəcəm, bu qanunsuzluqdur" dediyim zaman isə mənə qapını göstərərək "xoşun gəlmirsə qapı açıqdır, çıx işdən" deyir və aldığım maaşımdan kəsir. Eyni zamanda həmin məktəbdə fəaliyyət göstərən həyat yoldaşımın da bir neçə ay maaşından kəsmişdir.
İndi də əmək müqaviləsi bağlamadan naxıra göndərdiyi əqli qüsurlu şəxsdən heçnə mənfəət əldə edə bilməyəcəyini çox yaxşı dərk edərək, mənə qarşı növbəti haqsızlıq edərək məni ittiham etməkdədir.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən "heç kəs zorla işlədilə bilməz". Əqli zəifliyi olan kimsə isə öz hal və hərəkətlərinə cavabdeh deyildir. Bu isə o deməkdir ki, Məhəmməd Əyyubov davranışını idarə etməkdə çətinlik çəkən şəxsi zorla işlədmiş hesab olunur.
Hətta Təmraz əqli normal şəxs olsaydı belə, Azərbaycan Respublikasının Əmək Məsəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən "müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır".
Cənab Prezident Sizdən çox xahiş edirəm, Göybulaq kənd məktəbinin direktoru Məhəmməd Əyyubovun qanunsuz yollarla əqli qüsurlu Qeyrullayev Təmraz Kamal oğlunu əmək müqaviləsi bağlamadan işə cəlb edilməsinə görə Dövlət Əmək Müfəttişliyi Agentliyi tərəfindən barəsində araşdırma aparılsın və tədbir görülsün. Eyni zamanda Sizdən xahiş edirəm, hüquq və bərabərliyi pozaraq tərəflərdən birinə sosial mənsubiyyətinə görə hörmət qoyaraq onun xeyrinə qərəzli qərar qəbul edən hakim Cahid İmanov barəsində Məhkəmə-Hüquq Şurası tərəfindən şiddətli cəza tətbiq olunsun. Sonunda isə təqsirsiz olduğum halda Şəki rayon Məhkəməsi tərəfindən dəymiş zərər kimi ödəməyi üzərimə öhdəlik kimi qəbul edilən qərəzli qərarın 23 fevral 2022-ci tarixdə keçiriləcək Şəki Apellyasiya Məhkəməsində ləğv olunması üçün köməklik göstərəsiniz."
RegionXəbərləri.com
Paylaş:
Müəllif : Fuad
Tarix:8-03-2022, 08:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər