reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kiyev yaxınlığındakı 64 kilometrlik rus kalonunun aqibəti necə oldu? - FOTOLAR

reklam

Kiyev yaxınlığındakı 64 kilometrlik rus kalonunun aqibəti necə oldu? - FOTOLAR

















Cümə axşamı çəkilmiş yeni peyk görüntüləri Kiyevin şimal-qərbində 64 kilometrdən çox uzanan Rusiya hərbi karvanının nizamının əsasən dağıdıldığını və yenidən yerləşdirildiyini göstərir.
Bu barədə “Maxar Technologies” məlumat yayıb .
“Maxar”ın sözlərinə görə, peykdən çəkilmiş görüntülər göstərir ki, karvanın bir hissəsi Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə köçürülüb. Peyk şəkilləri ötən gün – martın 10-da Kiyev vaxtı ilə saat 11:37-də çəkilib.

Yedəklənmiş artilleriya və digər texnikalar isə Antonov aviabazasından təxminən beş kilometr şimal-qərbdə, Lubyanka yaxınlığında, seyrək ağaclıqda gizlədilib.

Peyk məlumatlarına görə, aviabazadan təqribən 15 km qərbdə - Berestyankada, bir neçə yanacaq daşıyan maşın və çoxlu raketatan qurğular ağacların yaxınlığındakı sahədə dayanıb.

64 kilometrlik hərbi kolonun sonu hesab edilən bir neçə yük maşını və texnikadan ibarət hissə isə İvankovun cənub-şərqində hələ də yolda dayanıb.

Xatırladaq ki, bundan əvvəl Kiyev vilayətinin Mokrets kəndi yaxınlığında rus işğalçılarından 7 tank və 1 BRM götürülüb.




Paylaş:


Müəllif : Tarix:
11-03-2022, 09:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər