reklam
Regionxeberlericom.az » Cəmiyyət » SAVAŞIN 18-ci GÜNÜ: RUSLAR DAYANDIRILIB, HƏRBİ TEXNİKASI MƏHV EDİLİR... - İşğalçı şəhərləri bombardman edir + VİDEOLAR

reklam

SAVAŞIN 18-ci GÜNÜ: RUSLAR DAYANDIRILIB, HƏRBİ TEXNİKASI MƏHV EDİLİR... - İşğalçı şəhərləri bombardman edir + VİDEOLAR












Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı Rusiyanın hərbi təcavüzünün 18-ci günündə döyüş əməliyyatlarının gedişinə dair operativ məlumat yayıb. Orada deyilir ki, düşmən Ukraynaya qarşı hücum əməliyyatlarını davam etdirir, itirilmiş döyüş qabiliyyətini bərpa etməyə və qoşunları yenidən qruplaşdırmağa çalışır. Habelə Kiyev ətrafında, Donetskdə, Tavriya və Sloboda istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.

Qeyd olunur ki, döyüş əməliyyatlarının bütün dövrü ərzində düşmən Ukrayna ərazisində görünməmiş müqavimətlə qarşılaşıb və heç bir istiqamətdə öz məqsədinə çatmayıb.

“Döyüş əməliyyatlarının xarakteri Rusiya hərbi rəhbərliyinin strateji vəzifələrin və son məqsədin nədən ibarət olması məsələsində qeyri-müəyyənlik içərisində olduğunu göstərir”, - məlumatda deyilir.

Baş Qərargah bildirir ki, işğalçı qoşunlar ciddi itkilər verir, hücum tempinin aşağı salıb və əksər istiqamətlərdə dayandırılıb, lakin itkilərini kompensasiya etmək üçün əlavə qüvvələr və vasitələr səfərbər etməkdə davam edir. O cümlədən Ukraynanın hərbi və mülki infrastrukturunu məhv etməyə yönəlmiş raket-artilleriya və aviasiya zərbələrini davam etdirir.

Vrtualaz.org-ın məlumatına görə, Ukraynanın Hava Komandanlığının məlumatında isə deyilir ki, martın 12-də gedən döyüş əməliyyatları zamanı Rusiya Hava Kosmik Qüvvələrinin iki döyüş vertolyotu və iki təyyarəsi, habelə iki PUA-sı məhv edilib. Bunlardan biri-Ka-52 döyüş vertolyotu Xerson vilayətində vurulub, sosial şəbəkələrdə vertolyotun qalıqlarının görüntüləri yayılıb.

İlkin məlumata görə, hadisə nəticəsində vertolyotlardan birinin pilotu yanaraq ölüb, digər isə xəsarət alıb. Ukraynalı hərbçilər yanıq xəsarətləri almış pilotu xəstəxanaya çatdırıb.

Vurulan döyüş təyyarələrindən birinin Su-34 bombardmançısı olduğu təsdiqlənib, digər təyyarənin tipi dəqiq müəyyən olunmayıb. Ehtimal ki, söhbət Su-30SM və ya Su-34 təyyarəsindən gedir.

Komandanlıq bildirir ki, martın 12-də gün ərzində Rusiya Ukraynanın Hava Qüvvələrinin obyektlərinə bir neçə güclü raket zərbələri endirib. Belə ki, hava hücumundan müdafiə vasitələri üç “Kalibr” qanadlı raketini zərərsizləşdirə bilib, amma raketlərin əksəriyyəti hədəfə çatıb, hərbi və mülki infrastruktura ziyan vurub. Xüsusən də Kiyev vilayətinin Vasilkov şəhərindəki hərbi aerodromda ciddi dağıntı olduğu bildirilir.

Martın 1-dən etibarən Rusiya ordusunun mühasirəsində olan, Azov dənizinin sahilində yerləşən Mariupol şəhərində isə vəziyyət kritik ağırdır. Şəhərdə qaz, su, elektrik yoxdur, Rusiya artilleriyası və aviasiyası hər gün şəhəri bombalayır, dinc sakinlər arasında ölənlərin sayı minlərlədir. Ötən gün Rusiya işğalçı qüvvələri Mariupolun şərq hissəsinə daxil ola biliblər.

Şəhəri qoruyan “Azov” polku özünün sosial şəbəkə hesabında komandanlığı Mariupola “Bayraktar” döyüş PUA-larını və döyüş aviasiyasını göndərməyə çağırıb. Müraciətdə deyilir ki, şəhərdə vəziyyət ağır olaraq qalır, müdafiə fəaliyyətlərinə və şəhərin müdafiəçilərinin əks hücumlarına baxmayaraq düşmən hücumu davam etdirir, hər ev, hər küçə uğrunda ağır döyüşlər gedir.

“Biz görürük ki, Ukraynaya silah sistemləri gəlir, “Bayraktar”lar, bizim aviasiya işləyir. Gəlin onları bizim istiqamətdə də tətbiq edək”, - “Azov” polkunun müraciətində bildirilir.

Ukrayna qüvvələrinin “Şimal” əməliyyat komandanlığı isə bildirir ki, martın 12-də Çerniqov vilayətində əks-hücum həyata keçirilib, nəticədə işğalçılar iki yaşayış məntəqəsindən çıxarılıb. Bundan əlavə, işğalçıların Kiyev istiqamətində irəliləmək üçün panton körpü salmaq cəhdinin qarşısı alınıb, Ukrayna döyüşçüləri 10-dan artıq hərbi texnikanı qənimət götürüblər. Məlumatda deyilir ki, işğalçı qoşunların şəxsi heyəti ruhdan düşüb və fəal döyüş əməliyyatları aparmaq iqtidarında deyil.

Nikolayev vilayətində isə Ukrayna qüvvələri işğalçıları mühasirəyə salıblar. Baştan rayonunda panton-bərənin məhv edilməsi nəticəsində işğalçılar iki şose yolu arasında sıxışıb qalıblar, onların mövqelərinə artilleriya zərbələri endirilir.

Ukrayna prezidenti Volodimir Zelenski də Mariupolun blokadada olduğunu açıqlayıb: “Mariupol tam blokada altındadır. Onu gecə-gündüz atəşə tuturlar”. Bunu Zelenski Avropa xalqlarına videomüraciət zamanı bildirib.

“Rusiya qoşunları Mariupola aviabombalar atırlar, raketlərlə vurulurlar. Hətta Mariupolda doğum evini və uşaq xəstəxanasını da bombalayırdılar. Bu, bütün canlılara nifrətdir. Uşaqları öldürürlər, həm də doğum evlərini, uşaq xəstəxanalarını dağıdırlar”, - deyə Zelenski vurğulayıb.

Döyeşə girməyə cəsarəti çatmayan işğalçı Rusiya ordusu şəhərləri bombalamaqda davam edir. Ruslar Lvov yaxınlığındakı Beynəlxalq Sülhün Müdafiəsi və Təhlükəsizlik Mərkəzinə də (Yavorovski hərbi poliqonu) hava zərbəsi endirib. İlkin məlumata görə, səkkiz raket atılıb - bunu Lvov bölgə hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.

Onun sözlərinə görə, aviazərbənin qurbanları barədə məlumat müəyyən edilir.

"İşğalçılar beynəlxalq sülhməramlılar və təhlükəsizlik mərkəzinə aviazərbələr endiriblər. İlkin məlumata görə, onlar 8 raket atıblar...", - rəsmi qeyd edib.

Bundan əvvəl Lvovda hava həyəcanı elan edildiyi bildirilib. Qeyd olunur ki, rayon mərkəzində iki güclü partlayış səsi eşidilib.

Yerli deputat İqor Zinkeviç yazıb ki, partlayışlar Ukrayna hava hücumundan müdafiə sisteminin "Rusiya raketləri üzərində işinin" nəticəsidir.

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhəri növbəti dəfə bombardmana məruz qalıb.

Təhlükəsizlik kameralarına düşən görüntülərdən aydın görünür ki, hava zərbəsi mülki əhalinin, yaşayış binalarının olduğu əraziyə endirilib.

Dağıntılar və insan itkisi barədə hələlik məlumat verilmir.

Ukraynanın ikinci böyük şəhəri olan Xarkov da günlərdir bombardmana məruz qalır. Ukraynanın sosial şəbəkələrində Xarkovun son vəziyyəti ilə bağlı yeni görüntülər paylaşılıb.

Qeyd edək ki, Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra Xarkov ən çox bombardmana məruz qalan şəhərlərdən biridir.

Luqansk vilayətinin Popasna şəhərində isə işğalçı rus ordusu fosforlu sursatlardan istifadə edib.

Bu barədə Ukraynanın Patrul Polisi Departamenti rəisinin birinci müavini Aleksiy Biloşitski “Facebook” sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, fosforlu sursatları qadağan edilib, onlar dağıdıcı və yandırıcı nəticələrə gətirib çıxarır.

“Bunu nasistlər “Brennende Zwiebel” adlandırırdılar. Bunu indi işğalçılar şəhərlərimizə buraxırlar. İnanılmaz əzablar və yanğınlar var”, - deyə Beloşitski vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Serhiy Qaydai Lisiçansk, Severodonetsk və Rubijne şəhərlərinin ətrafında döyüşlərin getdiyini, Popasna və Qorskayanın isə davamlı olaraq atəşə tutulduğunu bildirmişdi.

Bu arada “Caliber”in növbəti buraxılışı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Putinin Ukraynada davam edən hərbi əməliyyatlara xaricdən döyüşçülərin cəlb edilməsinə “yaşıl işıq” yandırmasına həsr edilib.

Videosüjetdə qeyd olunur ki, Rusiya Ukraynadakı müharibə səhnəsinə Suriya prezidenti Bəşər Əsədə loyal hərbi birləşmələri cəlb edə bilər. Bu faktı isə öz növbəsində münaqişənin gərginləşməsinin növbəti fazası hesab etmək olar.

Video təhlildə Rusiyanın suriyalı hərbçiləri Ukraynadakı hərbi əməliyyatlara cəlb etməsi istiqamətindəki çətinliklərə toxunulur, Türkiyənin istər hava, istərsə də dəniz yolu ilə Rusiyanın bu planına ciddi maneə törətmək imkanları vurğulanır.

Təhlildə həmçinin Rusiya ordusunun əməliyyatlarında baş verən ləngimələr, Ukrayna səmasının bağlanması ətrafında cərəyan edən qeyri-müəyyənliyə toxunulub.




Paylaş:


Müəllif : Tarix:
13-03-2022, 12:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər