Ruslar Kiyevdə “New York Times”ın jurnalistini qətlə yetirib - VİDEO + FOTOLAR
“Kiyev vilayətinin İrpin şəhərində rus işğalçıları “New York Times” müxbirini güllələyiblər”.
Bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
"İşğalçılar hətta rus qoşunlarının Ukraynadakı vəhşilikləri haqqında həqiqəti göstərməyə çalışan beynəlxalq media jurnalistlərini də kinli şəkildə öldürürlər. Bu gün İrpendə dünyaca məşhur "Nyu York Tayms"ın 51 yaşlı müxbiri güllələnib", - deyə, o bildirib.
Geraşenkonun sözlərinə görə, daha bir jurnalist yaralanıb. Onu “Oxmatdet”ə aparıblar, orada ilkin tibbi yardım göstərirlər.
"Mən həmkarımla İrpendə birinci körpüdən keçdik, qaçqınların necə getdiyini lentə almaq üçün ikinci körpüyə keçməyə çalışdıq. Kimsə bizi körpüyə aparmağa razı oldu, maşına mindik və onlar üstümüzə atəş açdılar. Sürücü oradan getmək üçün arxaya döndü və bu an məni vurdular. Gördüm ki, dostum Brent Renaud da boynundan yaralanıb. Sonra ayrıldıq, ona nə olduğunu bilmirəm - məni buraya təcili tibbi yardımla gətirdilər", deyə yaralanan reportyor bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-03-2022, 20:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər