reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Bu, ağılsızlıq və cadugər ovudur” – Peskovun qızı sanksiyalardan şikayətləndi

reklam

“Bu, ağılsızlıq və cadugər ovudur” – Peskovun qızı sanksiyalardan şikayətləndi















Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Liza Peskova sanksiya siyahısına salınmasından qəzəblənib. 24 yaşlı qız hesab edir ki, bu ağılsızlıq və cadugər ovudur. 

O, sosial şəbəkə hesabında belə yazıb: “Bu gün ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyində mənə qarşı irəli sürülən sanksiyaların əsaslandırılmasını oxudum. Fikrimcə, artıq çoxdandır öz şəxsi və professional həyatını yaşayan böyük övladlara sanksiya tətbiq etmək ağılsızlıqdır. Qohumlara müharibəyə kömək etmək ittihamı elan etmək ağılsızlıqdır. Bu qaydaları əldə rəhbər tutaraq, Avropa və Amerikada hər bir ailənin tarixini qaldırmaq, əcdadlarının atdığı addımlara görə onların uşaqları və nəvələrinə sanksiya tətbiq etmək olar. Biz onu da əla başa düşürük ki, belə cadugər ovu və ruslarla bağlı olan hər şeyə ağılsız nifrət zamanı, orada ədalətli məhkəmə yoxdur. Görünür orada hüquqlar müxtəlif kateqoriyadan olanlara müxtəlif cür şamil olunur”.




Paylaş:


Müəllif : Tarix:
13-03-2022, 21:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər