"Rusiyanın Lvova raket zərbəsi NATO-ya təhdid mesajı idi" - Polşa XİN
Rusiyanın Polşa ilə sərhəddə yerləşən hərbi bazaya raket zərbələri endirməsı NATO və Polşaya mesaj idi.
APA xəbər verir ki, bunu BBC-yə açıqlamasında Polşa xarici işlər nazirinin müavini Marçin Pşıdaç deyib.
O bildirib ki, Rusiyanın raket zərbələri NATO-ya təhdid cəhdi idi: “Onlar əminliklə bilirdilər ki, bu hərbi baza Polşa sərhədinə çox yaxın yerləşir. Əlbəttə, ruslar nəyi vurduqlarını bilirdilər və onlar NATO-nu təhdid etmək istədilər. Onlar NATO-ya təhdid mesajı göndərmək istəyirdilər”.
Pşıdaç Rusiyanın addımın çox təxribatçı olduğunu qeyd edib.
Xatırladaq ki, ötən gün Lvovda, Polşa ilə sərhəddən 20 km məsafədə yerləşən təlim poliqonuna raket zərbəsi nəticəsində 35 nəfərin həlak olduğu, 100-dən çox yaralının olduğu bildirilib. Hərbi bazaya ümumilikdə 30-dan çox raket atıldığı qeyd olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-03-2022, 14:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər